Türkiyə əvəzolunmazdır
Ankara ABŞ və NATO üçün həm hərbi, həm də siyasi-diplomatik istiqamətlər üzrə geopolitik oyunçuya çevrilir...
Elçin XALİDBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
NATO-nun genişlənməsinə yönəlik proseslər məhz Türkiyənin istədiyi məzmun daşıyır. İndi bu prosesin yekun nəticəsi birmənalı şəkildə rəsmi Ankaranın siyasi iradəsinə bağlıdır. Halbuki, bəzi Qərb siyasi dairələri Türkiyənin NATO-ya bu qədər geniş təsir və təzyiq imkanları qazanmasından qətiyyən məmnun deyillər.
Rəsmi Ankara ilə rəqabət aparan Qərb siyasi dairələrində hesab olunur ki, prezident R.T.Ərdoğan ölkəsinin hərbi müttəfiqlərinə “Türkiyənin NATO-ya deyil, məhz NATO-nun Türkiyəyə daha çox ehtiyacı var” mesajını verməyə çalışır. Xüsusilə də, artıq Qərbdə anlayırlar ki, Rusiya ilə effektiv mübarizə aparmaq şansının qazanılması üçün ilk növbədə Türkiyənin bu prosesə birmənalı dəstəyini təmin etmək lazımdır. Və rəsmi Ankaranın tələblərini yerinə yetirmədən, Türkiyəni narazı salaraq isə bu, qətiyyən mümkün deyil.
Təbii ki, NATO daxilində Türkiyənin şərt-tələblərinə həssas yanaşılması, həm də ABŞ prezidenti Co Baydenin Rusiya ilə mübarizədə qələbə qətiyyətini sınaqdan çıxartmış oldu. Hər halda, Türkiyənin Rusiyaya qarşı mübarizəyə cəlb edilməsinin vacibliyini anlayan Ağ Ev sahibi rəsmi Ankara ilə NATO arasındakı məlum mübahisənin nizamlanmasında həlledici rol oynadı.
Bütün bunlar onu göstərir ki, hazırda dünya siyasət məkanında təşəbbüs tədricən Türkiyənin əlinə keçməyə başlayıb. Prezident R.T.Ərdoğan Ukrayna böhranının bütün dünyanı öz təsiri altına aldığı bir mühitdə həm təcrübəli siyasi lider, həm də Qərb və Şərq arasında dialoq apara biləcək yeganə dövlət başçısı kimi diqqəti cəlb edir. İndi Türkiyə lideri ABŞ və Qərb üçün həlledici faktor rolunu oynayan bir çox “siyasi kartları” öz əlində cəmləşdirib.
Məsələ ondadır ki, Ukrayna savaşı bölgəsindən dünya bazarlarına taxıl məhsullarının çıxarılması, bunun sayəsində ərzaq qiymətlərinin nəzarət altında saxlanması da rəsmi Ankaranın yoluna qoya biləcəyi problemlərin sırasına daxildir. Qərbdəki rəqiblərinin xoşuna gəib-gəlməməsinmdən asılı olmayaraq, hazırda Türkiyə NATO üçün həm hərbi, həm də siyasi-diplomatik istiqmətlər üzrə əvəzolunmaz geopolitik oyunçudur. Və bu baxımdan, NATO-da rəsmi Ankaranın mövqelərinin daha da möhkəmlənməsi Türkiyəyə həm Rusiyaya, həm də Kremlin məcburi müttəfiqi Çinə “meydan oxumaq” imkanları açır.
Onu da nəzərə almaq lazımdır ki, hazırda NATO yaxın 20 il üçün hazırladığı ümumi təhlükəsizlik modelini sınaqdan keçirtməyə çalışır. Belə vəziyyətdə isə ABŞ prezidenti Co Bayden üçün Türkiyənin fəal şəkildə bu prosesin içərisində qalmasına nail olunması taleyüklü hədəf rolunu oynayır. Çünki, əgər, Kreml NATO daxilində ziddiyyətlərdən və Türkiyənin bu hərbi-siyasi alyansla məsafə saxladığından əmin olarsa, bu, Rusiyanın mövqelərini möhkəmləndirə bilər.
Türkiyəsiz NATO modeli, beynəlxalq hərbi-siyasi məkanda təşəbbüsün yalnız Çinin dəstəyinə ümid bəsləmək məcburiyyətində qalan Rusiyanın əlinə keçməsinə səbəb ola bilərdi. Yəni, Madrid sammitindən sonra da NATO daxilində kəskin ziddiyyətlərin qalması, Rusiyanın daha qətiyyətli davranmasına əsas verərdi. Və bu baxımdan, rəsmi Ankaranın NATO daxilindəki problemlərini böyük ölçüdə həll edə bilməsi indi Kremldə böyük məyusluq doğurub.
Belə anlaşılır ki, Rusiya prezidenti Vladimir Putinin narahat olması üçün kifayət qədər səbəblər mövcuddur. İndiyə qədər rəsmi Ankara ilə ABŞ və Qərb arasında olan ziddiyyətlər Rusiyaya NATO-da monolitliyin pozulduğunu düşünmək imkanı verirdi. Bu baxımdan, Kremlin daha əmin addımlar atması, NATO-nun maraqlarına müdaxilə etməsi o qədər də ciddi problem yaratmırdı. İndisə, vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb.
Məsələ ondadır ki, bundan sonra Rusiya da müəyyən mənada, Türkiyənin verəcəyi qərarlardan asılı vəziyyətə düşə bilər. Çünki, NATO ilə münasibətləri normallaşmış Türkiyə Rusiya üzərində siyasi-psixoloji üstünlüyü özü üçün təmin etmiş kimi görünür.
Bu baxımdan, Kreml öz davranışları ilə rəsmi Ankaranı mövqeyini konkretləşdirmək məcburiyyətində qoyacağı təqdirdə, bütün dünyaya qətiyyətli dövlət lideri olduğunu artıq sübut etmiş prezident R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin də ayaqları altından “xalça”nı çəkib, ala bilər. Belə olarsa, həm də “torpağın Rusiyanın ayaqları altından qaçacağı” qətiyyən şübhə doğurmamalıdır.