vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
10:52 | 14 sentyabr 2024 | Şənbə Məqaləyə 167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsveç siyasətçidən qalmaqallı paylaşım

Comşofu müdafiə edən partiya yoldaşı ondan geri qalmadı

CAVİD

İsveç Parlamentinin Ədliyyə Komitəsinin sədri, ifrat sağçı İsveç Demokratlar Partiyasından (Sverigedemokraterna – SD) olan millət vəkili Richard Comşofun sosial şəbəkəsindəki media hesabında müsəlmanları təhqir edən iki karikatura paylaşdığı üçün nifrət cinayəti törətdiyinə görə istintaq başladıldığı bildirilib.

İsveç dövlət televiziyası “SVT” bu barədə xəbər yayımlayıb.

SVT-yə verdiyi açıqlamada SD Parlament Qrupunun sədri Mattias Karlsson, Comşofa qarşı nifrət cinayətinə görə istintaq başladıldığını təsdiqləyib və onun istintaq tamamlanana qədər Parlament Ədalət Komitəsinin sədri vəzifəsindən istefa verdiyini bildirib.

Karlsson bu qərarın istintaq naminə düzgün olduğunu bildirib.

SD partiyasının üzvü Mattias Karlsson partiya yoldaşını dəstəklədiyini göstərmək üçün müsəlmanlara qarşı təhrikdə şübhəli bilinən yazıları yenidən paylaşıb.

Mətbuata açıqlama verən Karlsson sosial mediada Comşofa həmrəyliklərini nümayiş etdirmək üçün bütün tərəfdarlardan müsəlmanları təhqir edən karikaturaları paylaşmalarını istəyib.

“Əgər kimsə məni də sözügedən satirik şəkli yenidən paylaşdığım üçün polisə şikayət etmək istəyirsə, çəkinməyin”, – Mattias Karlsson yazıb.