
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Qələbə günü rus irqçiliyinə ibadət mərasiminə çevrilib
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Bərbər salonunda baş verən hadisədə 3 nəfər ölüb
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Dünən NATO-nun genişlənməsinə həsr edilmiş toplantıda iştirak edən Türkiyə prezidenti və İsveç baş nazirinin maraqlı görüşü oldu.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin əsrlərlə dayanan tarixinin olmasına dəlalət edən hədiyyələrin mübadiləsi apardılar.
İsveç baş nazir Kristerssonun İsveç və Osmanlı İmperiyası arasında 1739 -cu ildə imzalanmış müttəfiqlik müqaviləsinin surətini Türkiyə prezidenti Ərdoğana verərək, öz xalqının NATO-da yer almağa layiq olan güvənli müttəfiq olmasını nümayiş etdirməyə çalışdı.
Kristersson Türkiyə prezidentinə bildirdi ki, müasir Türkiyə Respublikasının sələfi ilə bağlanmış bu müqavilə , iki ölkənin bir-birinin təhlükəsizliyinə sadiqliyinin simvoludur.
Müttəfiqlik müqaviləsi İsveç kralı XII Çarlzın ruslara qarşı Poltava döyüşündə biabırçı məğlubiyyətdən sonra Osmanlıya məxsus qalaya sığınmasından sonra imzalanıb.
Ömrünün sonuna kimi XII Çarlzın bütün xərcləri türklər tərəfindən qarşılanıb və buna görə də türkcə ona “Dəmirbaş” deyirdilər.
Türkiyə prezidenti İsveç baş nazirinə hədiyyəsi isə İstanbuldakı İsveç səfirinin minnətdarlıq məktubu oldu.
Məktubda səfir İsveç kralı adından Osmanlı dövlətinə onlara maliyyə yardımı göstərdiyi üçün təşəkkür edir, Türkiyənin İsveçlə Rusiya arasında vasitəçiliyinə görə padşaha minnətdarlığını ifadə edir.
Türkiyə prezidenti Ərdoğan Kristerssona Türkiyənin İsveçə yardım kimi buğda göndərilməsini sənədləşdirən fərman da hədiyyə edərək, bunu Türkiyənin vasitəçilik rolunun tarixi nümunəsi kimi göstərdi.
İsveç baş naziri Kristersson “tarix təkrarlanır” deyərək Rusiyanın Ukraynada başladığı müharibədə Türkiyənin arbitr rolu və buğda sazişinin imzalanmasında nüfuzuna eyham vurdu.
Türkiyə prezidenti isə “əgər dərs alınsaydı, təkrarlanmazdı” deyə cavab verdi.
Kristersson da “mən tamamilə razıyam” dedi.