
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq
Tərcümə səhvi sosial medianı qarışdırdı
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Almaniya açıqladı – sentyabrın 11-də ilk test keçiriləcək
NATO üzvləri çərşənbə axşamı Finlandiya və İsveçin hərbi alyansa qoşulmasına dair protokolları imzalayıb. Hər iki ölkə Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq uzun zamandır qoşulmamaqla bağlı mövqelərini dəyişərək, ərizələrini may ayında təqdim edib.
“Bu, Finlandiya və İsveç üçün, eləcə də NATO üçün yaxşı bir gündür. Masanın ətrafında 32 ölkə ilə biz daha da güclü olacağıq və insanlarımız onilliklərin ən böyük təhlükəsizlik böhranı ilə üzləşdiyi zaman daha təhlükəsiz olacaq”, – deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“NATO-nun qapıları bizim ortaq təhlükəsizliyimizə töhfə verməyə hazır olan Avropa demokratiyaları üçün açıqdır”, – o əlavə edib.
Üzvlüyə dair protokolların imzalanmasından sonra NATO-ya üzv olan 30 ölkənin hər biri onları öz fərdi prosedurlarına uyğun olaraq ratifikasiya etməlidir.
Həm Finlandiya, həm də İsveçin NATO-nun iclaslarında və hərbi təlimlərdə iştirak etmək də daxil olmaqla, tərəfdaş ölkələrlə birlikdə NATO ilə işləmək kimi təcrübəyə malikdir.
“Alyansın gələcək üzvü kimi İsveç bütün müttəfiqlərin təhlükəsizliyinə töhfə verəcək,” İsveçin xarici işlər naziri Ann Linde çərşənbə axşamı keçirilən iclasın əvvəlində deyib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “təhlükəsiz və firavan Avro-Atlantik regionu” qorumaq üçün ölkəsinin NATO müttəfiqləri ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib.
“Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı, demokratik azadlıq və qanunun aliliyi prinsiplərini müdafiə etməkdə daha güclüyük”, – Haavisto bildirib .