vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
18:12 | 30 avqust 2024 | Cümə Məqaləyə 295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya sabotaja hazırlaşır

İsveç kəşfiyyatı: “Hərbi obyektlər və silah zavodları hədəfə alına bilər”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçin daxili təhlükəsizlik agentliyi olan Təhlükəsizlik Polisi (Säpo) Rusiyanın təxribat riskinin artdığını iddia edir. Säpo-nun mətbuat müşaviri Karl Melin İsveçin ictimai yayımı olan SVT-yə bu barədə açıqlama verib: “Säpo olaraq biz bir müddətdir ki, Rusiyanın risk iştahasının artdığının əlamətlərini görürük. Onlar bizim təhlükəsizliyimizə təsir edən əməliyyatlara diqqət yetirirlər. Söhbət təbliğatdan tutmuş təxribata qədər geniş əməliyyatdan gedir. Bu, İsveç və Qərb üçün təhlükədir”.

Melin İsveçin Ukraynaya verdiyi dəstək səbəbiylə riskin artdığını və xüsusilə hərbi obyektlərin və silah zavodlarının Rusiyanın hədəfində ola biləcəyini iddia edib. Rəsmi Rusiyanın İsveçə yönəltdiyi təhlükəni ciddi qəbul etdiklərini və buna uyğun cavab verdiklərini bildirib.

Bildirilir ki, Moskvanın hücumlarına casusluq fəaliyyəti ilə cavab verilib və müdafiəsi zəif olan kiçik müəssisələrə xüsusi təhlükəsizlik təlimi verilib.

Təxminən 250 şirkətin üzv olduğu İsveç Təhlükəsizlik və Müdafiə Sənayesi Dərnəyinin (SOFF) verdiyi açıqlamada Rusiyanın casusluq fəaliyyətlərində və həssas məlumatların toplanmasına yönəlmiş əməliyyatlarında daha aqressivləşdiyi irəli sürülüb.

Kremlin hərtərəfli dezinformasiya fəaliyyəti həyata keçirdiyini əsas gətirən İsveç rəsmiləri bunun təxminən 6 ay əvvəl NATO-ya üzv olan Skandinaviya ölkəsinə inamı sarsıtmaq olduğunu iddia edirlər.

SOFF rəsmiləri həmçinin qeyd edirlər ki, müdafiə və texnologiya sahəsində şirkətlər Rusiyanın casusluq fəaliyyətlərinə qarşı daha möhkəm qorunmalıdır. Təşkilatın baş katibi Robert Limmerqard deyib: “Bugünkü qanunlar sülh dövrü üçün yazılıb, amma biz ciddi bir dönəmdən keçirik. Təhlükəsizliyin qorunması nəzarət orqanlarına daha çox resurs, həmçinin hakimiyyət orqanları və şirkətlər arasında təhdidlər haqqında daha çox məlumat mübadiləsini tələb edir.

Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian” yazır ki, İsveç Müdafiə Nazirliyi şərh tələbini rədd edib.