
“NATO bunu istəyir”
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Qələbə günü rus irqçiliyinə ibadət mərasiminə çevrilib
Bərbər salonunda baş verən hadisədə 3 nəfər ölüb
“Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”
Hitlerin doğum günündə üç nasist bayrağı asılıb
Hərbi xərclər Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə qalxıb
Turistlər üçün ən ucuz Laos, ən bahalı isə İsveçrə olub
İsveçdə ərzaq qiymətlərinin kəskin artması ilə bağlı boykot
Qərar 1 il 3 aydan sonra qüvvəyə minəcək
Nüvə tullantılarının saxlanılması üçün obyekt yaradılır
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
Comşofu müdafiə edən partiya yoldaşı ondan geri qalmadı
Tobias Billströmdan istefa qərarı
İsveçin baş naziri Ulf Kristersson qarşıdakı 10 il ərzində müdafiəyə əlavə 300 milyard kron (təxminən 50 milyard manatdan çox) sərmayə qoymağa qərar verdiklərini açıqlayıb.
Kristersson mətbuat konfransında İsveçin İkinci Dünya Müharibəsindən bəri ən ciddi təhlükəsizlik problemini yaşadığını ifadə edərək, “Buna görə də önümüzdəki 10 il ərzində müdafiə silahlarına əlavə 300 milyard kron sərmayə qoyacağıq”, – deyib.
Soyuq Müharibə günlərindən bəri müdafiədə əsgər və silahlara ən böyük sərmayəni edəcəklərini qeyd edən Kristersson, “İsveç sabit bir iqtisadiyyata sahibdir və müdafiəmizə əlavə sərmayə ilə biz də sabit bir böyümə sürətinə nail ola bilərik”, – deyib.
İsveçin NATO üzvü olan ölkə olaraq ümumi daxili məhsulunun (ÜDM) 2,4 faizini müdafiə xərclərinə ayırdığını bildirən Kristersson, 2030-cu ilə qədər müdafiə xərclərini müvəqqəti olaraq ÜDM-in yüzdə 3,5-ə çatdırmağı planlaşdırdıqlarını vurğulayıb.