Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:54 | 29 avqust 2025 | Cümə
Məqaləyə 469 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Almaniyada Rusiyaya aid casus pilotsuz uçuş aparatı (PUA) sayının sürətlə artması təhlükəsizlik qurumlarında ciddi narahatlıq yaradıb. Kəşfiyyat məlumatlarına görə, bu uçuşlar həm Ukraynaya göndərilən silah-sursat daşımalarını, həm də Almaniya və ABŞ-ın ölkədəki hərbi bazalarını izləməyə yönəlib.
“The New York Times” və “Wirtschaftswoche”un yazdığına əsasən, üç Qərb kəşfiyyat xidməti Kremlin əsas məqsədinin Şərqi Almaniya üzərindən keçən hərbi-logistika marşrutlarını izləmək olduğunu bildirir. Bu yollar tez-tez dəyişdirilsə də, Rusiyanın Ukraynaya hansı silahların göndərildiyini və onların nə vaxt cəbhəyə çatacağını öyrənə bildiyi iddia olunur.
Məlumatlara görə, PUA-ların fəaliyyəti yalnız silah daşımalarını izləməsi ilə məhdudlaşmır. Almaniyada yerləşən bir sıra hərbi obyektlər də hədəfə çevrilib. Bunlar arasında Reynland-Pfalzdakı Ramştayn bazası, Visbaden, Ştutqart və Bavariyadakı obyektlər, eləcə də NATO-ya məxsus Geilenkirxendəki “AWACS” bazası var. Kəşfiyyat mənbələri təkcə bu il yüzlərlə uçuşun qeydə alındığını bildirir.
Bundesver Rusiyanın Ukraynaya hücumundan bəri casus PUA-larının sayının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib, lakin dəqiq statistika açıqlanmayıb. Almaniya müdafiə naziri Boris Pistorius Madridli həmkarı Marqarita Robleslə Berlində keçirdiyi görüşdən sonra, “PUA-ların limanlar və dəmiryolu xətləri üzərində uçması təəccüblü deyil. Təəssüf ki, bunun qarşısını almaq üçün imkanlarımız məhduddur”, – deyib.
Nazir əlavə edib ki, hərbi obyektlərin qorunması gücləndirilib, lakin bu, texnologiyalar arasında daim davam edən bir “siçan-pişik oyunu”na bənzəyir.
Yeni tədbirlər və NATO-nun xəbərdarlığı
Məlumata görə, Almaniya ordusu onlarla “ağ PUA” sifariş edib. Həmçinin, bəzi bölgələrdə əsgərlərin PUA-ları tüfənglə vurub-vurmaması müzakirə mövzusudur. Hazırda Almaniya üzərində yalnız kəşfiyyat məqsədli PUA-ların olduğu bilinsə də, onların tez bir zamanda sabotaj vasitəsinə çevrilə biləcəyi istisna edilmir.
NATO baş katibi Mark Rutte Virtsburqdakı çıxışında Rusiyanın “hibrid müharibə” aparmaq imkanlarına diqqət çəkərək belə xəbərdarlıq edib: “Zəruri saydıqları halda hətta sui-qəsd cəhdlərinə də əl ata bilərlər”.
Bununla yanaşı, Rusiyanın Almaniyanın müdafiə sənayesinə aid müəssisələri və rəhbər şəxsləri də hədəfə aldığı vurğulanır. Xatırladılıb ki, ötən il “Rheinmetall” şirkətinin rəhbəri Armin Pappergerə qarşı sui-qəsd planı vaxtında zərərsizləşdirilmişdi.