vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ELM-TEXNİKA  
12:33 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3316 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elektriklə çalışan sərnişin təyyarələri gəlir

Sınaq uçağı 2020-ci ildə hazır olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropanın 3 nəhəng şirkəti birləşərək hibrid (həm ənənəvi yanacaq, həm də elektriklə çalışan) təyyarə düzəltmək planlarını elan ediblər.

«Airbus», «Rolls-Royce» və «Siemens» noyabrın 30-da bildiriblər ki, sınaq təyyarəsi 2020-ci ildə hazır olacaq.

«E-Fan X» adlanan təyyarə 100 yerlik «BAe146» təyyarəsinin bazasında yaradılacaq.

Üçlük inanır ki, artıq 2025-ci ildə hibrid təyyarələr kommersiya uçuşları həyata keçirə biləcək.

Yeni təyyarənin 4 motorundan biri elektriklə çalışacaq. Bu, iki meqavatlıq elektrik motoru olacaq. Əgər sınaqlar uğurlu olsa, təyyarənin daha bir motoru elektrik mühərriki ilə əvəzlənəcək.

Bu ilin sentyabrında Avropanın ən iri hava şirkətlərindən olan «EasyJet» elan etmişdi ki, ABŞ-ın «Wright Electric» adlı start-up şirkəti ilə əməkdaşlığa başlayıb - məqsəd 100 faiz elektriklə çalışan sərnişin təyyarəsi yaratmaqdır.

ABŞ-ın «Boeing» və «BlueJet» şirkətləri də elan ediblər ki, «Zunum» adlı start-up şirkəti ilə birgə 2022-ci ilə qədər elektrik təyyarəsi yaradacaqlar.