vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
21:49 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 2718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kütlə arasında cinayətlər törədildi»

SEPAH Komandanı: «Həbs olunanlar çox sərt cəzalandırılacaqlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün deyə bilərik ki, 1396 -cı ildə (İranda il martın 21-də dəyişir) baş verən fitnə sona çatıb. Bu fitnənin məğlubiyyətini elan edirəm». APA xəbər verir ki, bunu İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant Məhəmmədəli Cəfəri deyib.

M.Cəfəri bildirib ki, ABŞ, sionistlər və «əl-Səud» İŞİD-ə İrana girmək barədə  göstəriş verib: «İŞİD-in bəzi qrupları ölkədə iğtişaşlar və partlayışlar törətmək məqsədilə ölkəyə girib. Bəziləri hesab edir ki, Amerika ilə dostluq etsələr, iqtisadi cəhətdən güclü olacaqlar. Həmin şəxslərə məsləhət görürük ki, hər şeyini ABŞ-la dostluğa qurban vermiş Misirin durumuna bir baxsınlar».

M.Cəfəri hadisələr zamanı Qəhdrican, İzə və Nəcəfabadda insanların öldürülməsi üçün planlar qurulduğunu müşahidə etdiklərini deyib: «Kütlə arasında cinayətlər törədildi. Son fitnə zamanı SEPAH yalnız üç əyalətdə -İsfahan, Lorestan və Həmədanda aksiyalara məhdud şəkildə müdaxilə etdi. Fitnə zamanı toplananların sayı böyük şəhərlərdə 1500 nəfər idi. Ökə üzrə ümumlikdə iğtişaşlarda 15 min nəfər iştirak edib. Cümə günündən bu tərəfə fitnənin mərkəzində olan şəxslərin əksəriyyəti İnqilaba zidd qruplaşmalar və münafiqlər (Xalq Mücahidləri Təşkilatı) tərəfindən təlim görmüş şəxslər idi. Onların hamısı həbs olunub və çox sərt cəzalandırılacaqlar».