İran odla oynayır ...
... yaxud bir Abbasılıq qiyməti olmayan yalan
Turan RZAYEV, politoloq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın hadisəsi molla rejimi tərəfindən ciddi şəkildə manipulyasiya edilməyə çalışılır.
Hadisədən sonra rejimin trol şəbəkəsi akademiyada baş verən yanğın ilə bağlı dezinformasiyalar yayaraq İran maraqlarına xidmət edən manipulyativ iddialar səsləndirirlər.
Misal üçün, iranlı jurnalist Rza Abbasi baş verən yanğınla bağlı “Twitter” hesabında etdiyi paylaşımda deyib: “Bakının tam mərkəzində sərhəd qoşunlarının binası “təsadüfən” yanıb. Şübhəsiz ki, Əliyev təsadüfi yanğınlara öyrəşəcək və biz bunun şahidi olacağıq. Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”.
Yanğını İran təşkil edib?
DSX Akademiyasında baş verən yanğının İranla yaxından-uzaqdan əlaqəsi yoxdur. Düzdür, İran bu tipli təxribatlar törədə, daxili sabitliyi pozmaq üçün addımlar ata bilər, lakin indiki məqamda bu imkanlardan məhrumdur.
Birinci, DTX-nin keçirdiyi son əməliyyat nəticəsində İranın ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinə ciddi ölçüdə zərər verilib. Xüsusilə molla rejiminin Bakıya əsas təzyiq vasitəsi sayılan “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasının üzvlərinin aşkarlanması rəsmi Tehran üçün ciddi zərbə oldu.
İkinci, İranda etiraz aksiyaları hazırda artan tempdə davam edir. Həftə ərzində aksiyalar Buşehr, Əlburz, İsfahan, Kirmanşah, Qum, Məşhəd, Sənəndəc, Tehran, Kərəc, Həştgerd, Rəşt, İlam, İzə, İsfahan, Şiraz, Bəndər Abbas, Əhvaz, Sənəndəc, Zahidan, Saqqız, Mərivan, Urmiya, Təbriz, Ənzəli, Ərdəbil və bir sıra şəhərlərdə davam edib.
Ötən həftələrə nəzərən aksiyalarda iştirak edən etirazçıların sayı gözlə görüləcək qədər artıb. Aksiyaların daha intensiv keçirildiyi əyalətlər Kürdüstan, Sistan-Bəlucistan, Kürdistan, Tehran, Xuzsitan, nisbətən də Şərqi və Qərbi Azərbaycan, Xorasan-Rəzəvi, Urmiya əyalətləri idisə, son həftələrdə Gilam, Mərkəzi, Fars, İsfahan, Gülüstan, Yəzd, Hörmüzqan, Əlburzda aktivlik daha da artıb. Yəni etiraz aksiyalarının günü- gündən gücləndiyi bir zamanda İranın ölkə xaricində nə isə etməsi inandırıcı deyil.
Molla rejiminin məqsədi
Özünü “siyasi ekspert” kimi təqdim edən Rza Abbasi İran hökumətinə bağlı jurnalistdir və daim qatı anti-Azərbaycan çıxışlar edir. Bu günə qədər o, bir neçə dəfə Azərbaycan əleyhinə bənzər paylaşımlar edib. Misal üçün, Abbasi bir müddət öncə öz Tvitter hesabında Naxçıvandakı Cümə məscidinin fotosunu paylaşaraq “Bura Naxçıvandır. Göründüyü kimi, ilk növbədə İranın “Qüds”ünü azad etməli olacağıq” yazmışdı.
Bu dəfə də Abbasi dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda baş verən yanğın hadisəsini qabardıb.
Aydın şəkildə görünür ki, molla rejimi Abbasinin ağzı ilə Akademiyanın əsas korpusunda baş verən yanğının təsadüfən olmadığını, hətta bundan sonra da bənzər hadisələrin baş verə biləcəyini deyir.
Bu yanaşma absurd olduğu kimi bir o qədər də hiyləgərdir. Yəni belə çıxır ki, qarşıdakı günlərdə hansısa bir məktəbdə, mağazada, ya da yaşayış binasında yanğın baş versə, bunu İran törədəcək?
Abbasi onu da iddia edir ki, “Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”. “Ərdoğana nəzər salmaq” deyəndə Abbasi bir çox şeyi nəzərdə tuta bilər. Söhbət bir müddət öncə Taksimdə baş verən teraktdan, ondan əvvəl İraqda Türkiyə konsulluğuna edilən hücumdan, ya da bir il öncə Türkiyədə baş verən meşə yanğınlarından da gedə bilər. Ümumiyyətlə daha çox versiyanı sadalamaq olar, lakin bunların heç birini İran etməyib, edəcək imkanı da yoxdur.
Molla rejimi Rza Abbasi üzərindən özünü hər şeyə qadir dövlət kimi göstərməyə çalışır. Bununla da Türkiyəni və Azərbaycanı hədələyir.
Reallıq isə ondan ibarətdir ki, rəsmi Tehran “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə təlimlərindən ciddi şəkildə narahat olub. Bu narahatlığını isə Rza Abbasi kimi şəxslər üzərindən süni ajiotaj yaradaraq göstərir.