vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
01:12 | 17 dekabr 2022 | Şənbə Məqaləyə 7718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran elitasında parçalanma?

Uğurlu inqilab üçün əsas amil

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda iki etirazçı “mohareb” – yəni “Allahın düşməni” elan edilib və asılıb. Ən azı on digər iğtişaşçı oxşar cəzalar alıb və indi edamlarını gözləyir. Bu arada hakim düşərgədə məhkəmə qərarlarını tənqid edənlər peyda olub. Ölkənin Ali Məhkəməsinin keçmiş sədri və Ekspertlər Məclisinin (ali idarəedici rəhbəri seçən və onun fəaliyyətinə nəzarət edən qurumun) hazırkı üzvü Ayətullah Morteza Moqtadai deyib ki, edam edilənlərdən ən azı biri “mohareb”, elan edilməməli idi, çünki onun törətdiyi cinayət kifayət qədər ciddi deyildi. “O, ölməyə layiq deyildi” - deyə din xadimi bildirib.

Digər görkəmli Ayətullah Məhəmməd Əli Ayazi isə ümumiyyətlə, dövlət nümayəndələri müdaxilə etməyə cəhd edərsə, xalqın narazılığını ifadə etmək və özünü müdafiə etmək hüququna malik olduğunu bildirib. “Tək buna görə insanları “mohareb” elan etmək olmaz” deyib. Qısacası, xalqın müqavimət göstərmək və  üsyan hüququ var. 

İran sünnilərinin ruhani lideri sayılan din xadimi Əbdülhəmid İsmayılzahi, ümumiyyətlə, verilən ölüm hökmlərinin İslam hüququnun prinsiplərinə zidd olduğunu bildirib. Burada təbii ki, qeyd etmək lazımdır ki, hakim təbəqənin nümayəndələrinin rejimin hərəkətlərini tənqid edən çıxışları əvvəllər də olub. Bu mənada İran siyasəti Rusiyadan bir qədər demokratik də görünə bilər. Buna baxmayaraq, hazırda orada baş verənləri təhlil edərkən, indiki tənqidi də nəzərə almaq lazımdır. Məlumdur ki, elitada parçalanma uğurlu inqilab üçün əsas amildir.