Diplom sahibinin məsuliyyətsizliyi...
... Yaxud AFFA Kosovonu niyə seçdi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
AFFA-dan daha bir məsuliyyətsiz addım. Gürcüstan millisi ilə fevralın 2-ə təyin olunan yoldaşlıq oyunu qurum rəsmilərinin bacarıqsızlığı, işə qeyri-peşəkar münasibəti üzündən baş tutmamışdısa, onların əvəzinə tapılan rəqibin seçimi ümumiyyətlə, gözlənilməzdi.
AFFA dünən rəsmən Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirəcəyi barədə açıqlama yaydı. Qurumla Kosovo Futbol Federasiyası arasında ilkin razılığa əsasən, bu komandalar arasında ilk sınaq matçı baş tutacaq.
Zənnimizcə, belə uğursuz qərardansa, milli komandanın rəqibsiz qalması daha məntiqli idi. Hətta belə zəif rəqibdənsə, millinin ikitərəfli oyunu və ya həmin vaxt Antalyada olacaq klublarımızdan biri ilə sınaq matçı daha uyğun olardı. Çünki rəqib matça ancaq yerli çempionatda çıxış edən futbolçuları dəvət edəcək.
Burada söhbət təkcə rəqibin zəifliyindən getmir. AFFA siyasi cəhətdən də doğru davranmayıb.
Bildiyimiz kimi, Kosovonu dövlət kimi rəsmən tanımamışıq. Ölkəmizlə bağlı oxşar problem olduğundan, dövlət rəhbərliyimizin addımı məntiqlidir. Kosovonun müstəqilliyinin qəbul edilməsi başqa dövlətlərin Dağlıq Qarabağla bağlı eyni addımı atmasına şərait yaratmış olar. Dövlət rəhbərliyinin mövqeyi belədirsə, AFFA-nın seçimini anlamaq çətindir. Bu, dövlət siyasətinə, strategiyasına qarşı çıxmaq deyilmi?
AFFA rəsmiləri bu məsələylə bağlı açıqlama verərkən uğursuz müqayisə aparır. Qurumun mətbuat xidməti əvvəllər bu ölkənin müxtəlif milliləri ilə oynadığımızı əsas götürürlər. Bəli, belə hallar olub, elə indi də U-21 millimiz kosovolularla eyni qrupda mübarizə aparır. Lakin bu, məcburi addımdır.
2008-ci ildə yaradılan Kosovo Milli Futbol Federasiyası yalnız 2012-ci ilin dekabrında FİFA-nın futbol xəritəsinə əlavə edilib, rəsmən isə 2016-cı ilin mayında üzvlüyə qəbul olunub. Bu səbəbdən UEFA, FİFA bayrağı altında keçirilən yarışlarda püşkün rəqib seçdiyi halda, oynamağımız məcburidir. Lakin bu, o demək deyil ki, onlarla əlaqələri hər gün oynaya biləcək qədər irəlilətməliyik. Ona qalsa, Ermənistanın aşağı yaş qrupundan olan milliləri, futzal və futbol klubları ilə də nəvaxtsa qarşılaşmışıq. Lakin bu ölkəni tanımırıq və məcburiyyət olmadğı halda qarşılaşmağımız, əlaqələr qurmağımız mümkünsüzdü.
Kosovo ilə bağlı məqam da eynidir. Beynəlxalq futbol qurumlarının bayrağı altında keçirilən yarışlarda qarşılaşmağımızın səbəbi aydındır. Lakin bu ölkənin millisi ilə əlaqələr qurub, onlarla yoxlama oyununa razılaşmaq dövlət siyasətinə qarşı çaxmaq, ermənilərin Dağlıq Qarabağla bağlı iddialarına yardım etmək deməkdi. Ümid edirik, AFFA İcraiyyə Komitəsinin üzvü olan xarici işlər naziri Elmar Məmmədyarov da bu qərarın fərqindədi.
AFFA-nın baş katibi Elxan Məmmədovun niyə belə məsuliyyəsizlik etdiyini anlamırıq. Bəlkə də bilərəkdən bu işə qol qoyub, hansısa gizli maraqları var. Lakin dövlətçiliyin keşiyində durmaq, öz sahəsində dövlətin maraqlarını müdafiə etmək onun birbaşa vəzifə borcudur. Hər halda, yaxınlarda aldığı fəxri diplomun məsuliyyəti də onu daha diqqətli olmağa məcbur etməliydi. Əksər dünya ölkələrinin tanımadığı Kosovo ilə münasibətlərin süni şəkildə istiləşdirilməsi, mövcud vəziyyət üzündən, bizə ümumiyyətlə, lazım deyil. Bu addımı Ermənistanın atması daha uyğun idi, nəinki bizimkilərin.
Ümid edirik, bu məsələyə dövlət rəsmiləri tərəfindən münasibət bildiriləcək.
FƏRİD