vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
18:57 | 12 fevral 2014 | Çərşənbə Məqaləyə 2221 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dələduz dördlük

Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev dələduzluqla məşğul olub; ona bu işdə Misir Mərdanovun qardaşı və iki deputat da köməklik edib

E.MƏMMƏDƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verməsi əksər mətbuat orqanların mərkəzi mövzularından birinə çevrilib. Bəs Həsən Əliyev kimdir? Onun hansı əməlinə görə səlahiyyətlərinə vaxtından əvvəl xitam veriblər?

Musavat.com bildirir ki, qısa virtual araşdırmamız zamanı bəlli oldu ki, H.Əliyev Rusiyadan vətənə qayıdan Ramazan Səlimov adlı iş adamına 600 min manat «atıb». Məsələ isə belə olub. Rusiyada zavodunu 7 milyon dollara satan iş adamı vətəndə vəzifə sahibi olmaq üçün Azərbaycana gəlib. İş adamı 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. R.Səlimovun bu müraciəti təsadüfi olmayıb. O, E.Məmmədovun bir iş adamı kimi yuxarı dairələrlə sıx əlaqələri olduğunu əvvəldən bilib. R.Səlimov E.Məmmədova bildirib ki, o, hansısa bir rayonun icra başçısı olmaq istəyir. E.Məmmədov əvvəlcə R.Səlimovu Səbayel rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzovla görüşdürüb. Q.Novruzov məsələdən agah olandan sonra bildirib ki, bu, onun gücü daxilində olan iş deyil. 

Bundan sonra E.Məmmədov dostunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Hakim H.Əliyev də R.Səlimovla sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarə rəisi İlham Mərdanovla, 2 deputatla və digər vəzifə sahibləri ilə görüşdürüb. Ondan bu görüşlərdən sonra 600 min manat alıb. R.Səlimov aldandığını anlayıb pullarını E.Məmmədovun vasitəsi ilə geri istəyəndə isə hakimin 2 dostu – Qüdrət və Tariyel adlı şəxslər onun üzünə dayanaraq guya onları aldadaraq pullarını aldığını iddia ediblər. Beləcə, E.Məmmədov həbs edilib. Sonradan isə məsələnin böyüməsindən qorxuya düşən hakim E.Məmmədovun vasitəsi ilə R.Səlimovun 250 min manat pulunu qaytarıb. Lakin məsələ bununla bitməyib. Artıq hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol vermiş H.Əliyevin həbsini gündəmə gətirib. Bundan sonra hakimin təqdimatı verilib və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. E.Məmmədovun vəkili Adəm Məmmədov «Azadlıq» qəzetinə baş verənlərlə bağlı açıqlama verərək müvəkkilinin günahsız olduğunu söyləyib. Hakimin digər cinayət əməlləri haqda bilgili olduğunu deyərək  dövlətçilik baxımından həmin məsələləri ictimailəşdirməkdən vaz keçdiyini vurğulayıb.

Yada salaq ki, H.Əliyev etik davranış kodeksinin tələblərini pozmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyinə görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Məlumata görə, Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb kobud qanun pozuntuları, korrupsiyaya şərait yaradan hallar, etik davranış kodeksinin tələblərini pozmaq, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlər olub. Son üç ildə isə 30 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.