vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ARAŞDIRMA  
10:42 | 4 mart 2018 | Bazar Məqaləyə 12618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tənhalıq barədə beş mif

Vəziyyət həqiqətənmi bu qədər pisdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Tənhalığı tez-tez müasir insanın başlıca problemi adlandırırlar. İddia edirlər ki, tənhalıq artıq dünyada əsl epidemiyaya çevrilib. Vəziyyətin daha da pisləşməsi doğrudurmu?

Həyatın müəyyən anında hər birimiz özümüzü yalnız hiss edirik. Cəmiyyət üçün bu əsl problemə çevrilə bilər və hardasa artıq çevrilib də.

Məsələn, Böyük Britaniya hökumətində tənhalıqla məşğul olan yeni nazir var.

Tənhalıq - ciddi məsələdir və ondan çox zərər gəlir. Eyni zamanda onun ətrafında çoxlu miflər dolaşır. Ən geniş yayılmış 5 mif bunlardır.

 

Tənhalıq - cəmiyyətdən təcrid olmaqdır


Tənhalıq heç də təklik demək deyil. Tənhalıq ətraf mühitdən ayrı düşməkdir. Bu, ətrafınızdakılarından kimsənin sizi anlamadığı və insanlarla real, əhəmiyyətli münasibətlərin olmaması hissidir.

Təcrid olmaq öz rolunu oynaya bilər, yalnız təkcə o yox. Siz böyük bir izdihamın içində özünüzü tənha və ya əksinə, yanınızda kimsə olmayan zaman özünüzü xoşbəxt hiss edə bilərsiniz (BBC insanların necə istirahət etməsi barədə araşdırma aparan zaman məlum olub ki, istirahətin 5 ən məşhur növü tənhalıqla bağlıdır. Lakin bu tənhalıq hissi kimi deyil, insan hardasa tək qalanda ).

Bəzən siz hətta özünüz tək qalmaq istəyirsiniz. Lakin əgər sizin sizi anlayan insanlarla vaxt keçirmək imkanınız yoxdursa, o zaman sizə tək qalmaq düşəcək.

 

Hazırda dünyada tənhalıq epidemiyası hökm sürür

 

Əlbəttə ki artıq tənhalıq probleminə daha çox diqqət yetirilir. Lakin bu o demək deyil ki, tənha insanların faizi əvvəlki illərlə və ya 10 il əvvələ müqayisədə artıb.

1948-ci ildən başlayaraq aparılan tədqiqatların nəticələrindən istifadə edən «Brunel» Universitetinin əməkdaşı Kristina Viktor (Christina Victor) aşkar edib ki, xroniki tənhalıq hiss edən yaşlı insanların nisbəti son 70 ildə eyni qalıb.(6-13 faiz həmişə və yaxud vaxtının böyük bir hissəsini özünü tənha hiss etdiyini etiraf edib).

Lakin bu da bir həqiqətdir ki, tənha insanlar daha çoxdur. Çünki bizim planetin sakinləri daim artmaqdadır. Dünyada tənhaların sayı nə qədər çox olarsa kədər də o qədər çox olar.

 

Tənhalıq həmişə pisdir

 

İnsanlar tənhalıqdan əziyyət çəkirlər. Lakin bu vəziyyətin müvəqqəti olması və heç də həmişə mənfi olmaması özü yaxşı haldır. Bu hal bizə yeni dostlar tapmağa və ya mövcud münasibətləri yaxşılaşdırmaq üçün vasitələr axtarmağa cəhd göstərmək barədə siqnal verə bilər.

Nevroloq Con Kasioppo (John Cacioppo) hesab edir ki, özünü tənha hiss etmək bacarığı bizim digərləri ilə münasibət saxlamaq istəyimizin olması üçün insanlarda tədricən yaranıb. Kasioppo bunu susuzluqla müqayisə edir. Siz su içmək istəyən zaman onu axtarırsınız. Siz tək olan zaman digər insanların əhatəsini axtarırsınız.

Minilliklər ərzində insanlar əməkdaşlıq və qarşılıqlı yardım çərçivəsində icmalarda yaşayıblar. Belə ki, yaşamaq mexanizmi bizi cəmiyyətlə əlaqəyə təkid edir.

Baxmayaraq ki, tənhalıq adətən müvəqqəti hal sayılır, xroniki tənhalığa çevrildikdə onun nəticələrinin ağır ola biləcəyi isə bir həqiqətdir.

Onun bizim rifahımıza təsir etməsi, yuxumuzun pisləşməsinə və depressiyaya aparmasına dair sübutlar var. Bu hiss sizi qapalı mühitə cəlb edə bilər: insan özünü nə qədər çox tənha hiss etsə, o qədər çox cəmiyyətdən uzaqlaşır. Bu isə öz növbəsində onu daha da tənha edir.

Tədqiqatlar onu göstərir ki, əgər insan özünü tənha hiss edirsə, bir il sonra onun depressiyanın əlamətlərini hiss etməsi riski artır.

 

Tənhalıq sağlamlıqla bağlı problemlərə yol açır

 

Bu mif bir qədər çətindir. Bəlkə də siz tənhalığın sağlamlığa məhvedici təsir göstərməsi barədə statistika ilə qarşılaşmısınız: ürək xəstəlikləri və insult riski azı 3 dəfə artır, tənhaların qan təzyiqi yüksəkdir və gözlənilən ömür həddi aşağıdır.

Bütün bunlar kifayət qədər ciddidir. Lakin bu araşdırmaların çoxu yalnız kiçik bir vaxt aralığını əhatə edir və biz tənhalığın ağır nəticələrinin qaçılmaz olduğu barədə inamla danışa bilmirik.

Bəli, mümkündür ki, cəmiyyətdən kənar düşmüş insanlar daha çox xəstələnirlər. Lakin bunun əksi də doğru ola bilər. Ona başqaları ilə ünsiyyət qurmağa imkan verməyən xəstəlik nəticəsində insan təcrid olunmuş vəziyyətə düşə bilər.

Və ya tənha insanlar xəstə insanlar qismində statistikaya düşə bilərlər. Çünki tənhalıq onları sağlam həyat tərzi keçirmək istəyindən məhrum edir.

 

Yaşlı insanların əksəriyyəti tənhalıqdan əziyyət çəkir

 

İnsanlar həyatlarının digər dövrünə nisbətən tənhalığı ahıl yaşda daha çox hiss edirlər.

«Manchester» Universitetindən olan Pamela Kulter (Pamela Coulter) müxtəlif yaşda tənhalıqla bağlı elmi araşdırmada bildirib ki, bu halın digər bir yüksək pik nöqtəsi var - böyüyən zaman və yetkinlik dövrü. Bununla yanaşı araşdırma göstərir ki, yaşlı insanların 50-60 faizi tənhalığı çox nadir hallarda hiss edirlər.

Biz hələ də tənhalıq barədə çox şey bilmirik. BBC alimlərə kömək etmək qərarına gələrək onlayn-sorğu keçirir.

Sorğunun sualları «Manchester», «Exeter» və «Brunel» universitetlərinin psixoloqları tərəfindən «Wellcome Collection»la (tibb, həyat və incəsənət arasındakı əlaqələrə həsr edilən London muzeyi) əməkdaşlıq nəticəsində hazırlanıb.

Sorğu dünyanın hər tərəfindən olan insanlar üçün açıqdır. Sizin yaşlı və ya gənc, özünüzü tənha hiss edib etmədiyiniz vacib deyil. Sorğunun məqsədi dostluğu, inamı daha çox başa düşmək və tənhalığa həqiqətən kömək edən vasitələri öyrənməkdir.