“Gedirəm özümü öldürəm...”
Gənclər arasında niyə intihar hallarının artması cəmiyyətdə hələ də ciddi narahatlıq doğurmur
GÜNEL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İrəli bir addım atın”
Həyatda maneələrlə qarşılaşanlara mütəxəssislərdən 5 məsləhət
-
İnsanlara təsirsiz ötüşmür
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
-
Hamımız üçün utanc gətirəcək
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
-
Əgər tale üzünə gülməyəcəksə...
İntihar etdiyi deyilən ginekoloqun faciəsinə sözardı
-
İntiharlar niyə artır?
Hadisələri hər cür çılpaqlığı ilə tirajlamaq alovun üzərinə benzin effekti verir
-
Al-əlvan rəngə boyanmış körpü…
-
Bütün intiharların ömrü ...
Xəyanət edənləri özünə qəsd etməklə cəzalandırmağı ağlınıza belə gətirməyin
-
Tənhalıq barədə beş mif
Vəziyyət həqiqətənmi bu qədər pisdir?
-
Heyvanlar niyə intihar edir...
Bütün canlılarda 2 fərqli proqram var - yaşamaq sevgisi və özünüməhv
-
Tənhalıq, özünəqapanma, yuxusuzluq...
İmmun sisteminə zərbə vuran amillər
-
Depresiya xəstəlikdirmi?
Psixoterapevt Əli Nağıyev: «İllərlə aqressiv olan kişilərdə depressiv pozuntular var…»
-
30 yaşında inithara cəhd
Gəncədə əri ilə mübahisə edən qadın sirkə turşusu içib
-
Bakıda məşhur iş adamı özünü niyə güllələdi
Ailə üzvləri ölüm olayını ehtiyatsızlıq nəticəsində baş verən bədbəxt hadisə sayır
-
«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...»
«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»
-
XAOS - 4 aya 26 hərbçi
Düşmən ordusundakı intiharlar cəbhədəki ölümü üstələyib
-
«İntihar baharı» - ölkədə canına qıyanların sayı artır
Qabil Abbasoğlu: «Medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyənlərin mövqeyi hesab edirəm»
Demək olar ki, hər gün intihar və özünəqəsd barədə xəbərlər eşidirik. Bu, ağır xəbərlər son vaxtlar adi bir hala çevrilib. Xüsusən də gənclər və yeniyetmələr arasında intihar hallarının artması daha ciddi narahatlıq doğurur. İntihar - insanın özünə qarşı aqressiyasıdır. Bəzən insan özünü çıxılmaz vəziyyətdə hesab edir və çıxış yolunu intihar etməkdə görür.
Maraqlıdır gəncləri bu qədər həyatdan bezdirən, onları intihara sövq edən amillər nədir?Psixoloq Azad İsazadə intihar edənlər arasında yeniyetmələrin üstünlük təşkil etdiyini dedi: “Ümumiyyətlə, gənc və yeniyetmələr cəmiyyətin ən həssas hissəsini təşkil edir. Onlar bütün proseslərə daha həssaslıqla reaksiya verirlər. Bizim cəmiyyətimiz kütləvi aqressiya və depressiyanın qatışığı olduğu üçün gənc və yeniyetmələr bunun təsiri altına daha tez düşürlər. Buna görə də yeniyetmələrin intihar halları son vaxtlar daha da artıb. Praktiki intihar profilaktika ilə məşğul olan psixoloqlar yoxdur. Bizim gücümüz nəyə çatırsa, onu edirik. Profilaktiki işlər intihardan əvvəl görülsə, intiharın qarşısını almaq olar. Yeniyetmə və gənclər intihar etmək qərarına birdən birə gəlmir. Müəyyən vaxt lazım olur ki, bu fikir onun beynində yetişsin. Bu vaxt ərzində də onun davranışları, danışıq tərzi dəyişilir. Bu dəyişikliyi onun yaxınları, dostları görməyə bilməz. Bu dəyişikliyi hiss edən zaman həmin şəxsə yardım etsələr o, intihar həddinə gəlib çıxmaya bilər”.
Psixoloq bir çox hadisələrin intihar formalarının reklamı olduğunu dedi: “Profilaktika yaranmış işə qarşıdır. Bununla yanaşı intihar yollarının da profilaktikasını etmək lazımdır. Məsələn, bir ara özünü zəhərləyərək intihar etmək forması daha çox idisə, indi isə asaraq intihar etmək metodu üstünlük təşkil edir. Vaxtı ilə Səddam Hüseynin asılaraq edam edilməsi və bunun bütün dünyaya yayılması nəinki intiharın profilaktikası, hətta reklamı kimi oldu. Bu cür görüntülər sözsüz ki, intihar etmə metodu üçün yol göstərir”.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər il yer kürəsində təxminən 1 milyon adam intihar edir. Bu, hər 40 saniyədə 1 insanın intihar etməsi deməkdir. İl ərzində dünyada 19 milyon insan intihara cəhd edir. Son yarım əsrdə dünyada intihar edənlərin sayı 60 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, intiharların sayına görə Macarıstan və İsveç birinci yerdədir.