vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
22:39 | 29 iyun 2022 | Çərşənbə Məqaləyə 1176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əgər tale üzünə gülməyəcəksə...

İntihar etdiyi deyilən ginekoloqun faciəsinə sözardı

Əzizə İSMAYLOVA

Ötən gün, ilkin məlumatda intihar etdiyi deyilən həkim ginekoloq Xalidə Kəngərlinin qardaşının açıqlamasına baxdım.

Deyir ki, “ailələrində çox problemlər olub, həmişə həm biz tərəf, həm əri tərəf danışıb yoluna qoymuşuq. Boşanmasınlar deyə. Sonda  boşanma qərarı verilib, hazırlıqlar gedib amma çatdıra bilmədik”. Rüfət necə ailə başçısıdır? sualına cavabında qardaşı qeyd edir ki, “açığı söz-söhbət olmasın deyə, mən onlara elə də gedib gəlmirdim. Rüfət, psixoloji cəhətdən demərəm amma bəzi şeylərdə bir az fərqli adam idi. Psixoloji problemi olan adam hər halda dövlət orqanında vəzifə tutmaz”...

İlkin yayılan məlumatlarda həkimin ərinin psixoloji problemləri olduğu, guya illərdir (bəzi saytlar hətta 10 il yazmışdılar) evdən çölə çıxmadığı da qeyd olunmuşdu. 

Əslində isə həkimin əri Rüfət Kəngərli Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur və hadisəyə qədər Gömrük inspektoru kimi çalışıb.(saxlanılıb ya yox məlumat verilməyib).

Evə gəlib, şəklini “Whats App”la xanıma atıb və evə gəlməsini istəyib. Niyə, nə üçün sualına cavabı istintaq verməlidir. Hələ ki, Xalidə və Rüfətdən başqa bunu bilən yoxdur.

Xanımın rəfiqələrindən biri də Xalidənin qollarında bir neçə dəfə göyərti görsə də üzünə vurmadığını və son telefon danışığında həkimin ona “depressiyadayam, evdə problemlər var” dediyini bildirib. Amma onun özünə qəsd edə biləcəyinə kimsə inanmır, o dərəcədə həyat dolu xanımmış.

Əlbəttə ki, hər bir ailə qapalı dünyadır. Orda nə baş verdiyini başqası heç vaxt tam olaraq bilməz. Çox olsa, içəridən gələn harayın sədası eşidilə bilər, onu da bizdə çox vaxt ətraf ciddiyə almaz. (almalıdırmı?- onu da bilmirəm)

Özününkünə ağız açıb “Kömək edin, dözmürəm” deyənə də “hamının evində söz-söhbət olur. Dil tap yaşa. Uşaqların var” kimi nəsihətlər verilir, istər qıza, istər oğlana. Nəticədə deyilən dili tapa bilməməyin stressi içində ikisindən biri qurban olur həmişə. 

Gözəl, cavan, özünə görə bir mənsəb sahibi olan xanımın həyatdan belə faciəli köçməsi qədər ağır olan ikinci bir şey, hadisənin iki övladının gözü qarşısında baş verməsidir. O uşaqların psixoloji sarsıntıları nə vaxtsa keçəcəkmi görən?...

Bu hadisə əgər həkimin əri, bir gömrük mayoru, tərəfindən törədilibsə, o zaman bölmədə arvadını güllələyən polislə onun arasında heç bir fərq yoxdur, cümlə quruluşundan başqa. Biri dedi “Hirsləndim, emosiyalarımı cilovlaya bilmədim xidməti silahın darağını boşaltdım üstünə”, bu da deyər “hirsləndim itələdim(atdım), özünü saxlaya bilmədi balkondan düşdü”  və ya “mübahisə etdik, çox hirsləndi və qəfil özünü atdı”. Nə demələrindən asılı olmayaraq gedən getdi. 

Müqayisəni ona görə etdim ki, deməli imkan, vəzifə, ev, maşın, yüksək post tutmaq da hələ heç nə demək deyil insan üçün, əgər tale üzünə gülməyəcəksə...

Nəticə hamısında eynidir. Gedən qayıtmır, yaşayan yaşayır, həbs olunsa da bir gün qaldığı yerdən bir şəkildə davam edir. Olan bir ölənlərə, bir də övlad deyib doyunca qoxlaya bilmədikləri uşaqlara olur.

Ədalət tərəzisinin düz işləməsi diləyi ilə...