Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:28 | 29 iyun 2022 | Çərşənbə
Məqaləyə 1235 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Co Bayden və Cənubi Koreya və Yaponiya liderləri çərşənbə günü Madriddə NATO sammiti çərçivəsində görüşərkən Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı yeni narahatlıqlarını ifadə edib.
Üçtərəfli görüşdən əvvəl qısa şərhlərdə Bayden “Biz [Şimali Koreyanın] ballistik raketlərin eskalasiyası və sınaqlarını davam etdirməsindən və nüvə sınağı keçirmə potensialına malik olmasından dərin narahatıq” deyib.
Bayden ABŞ, Cənubi Koreya və Yaponiyanın “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və azad və açıq Hind-Sakit Okeanı da daxil olmaqla, ortaq məqsədi” olduğunu bildirib.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol deyib ki, Şimali Koreyanın nüvə və raket təhdidləri artmaqda davam edir. Qlobal mənzərə isə artan qeyri-müəyyənliklərlə üzləşir və bununla da üçtərəfli tərəfdaşlığımızı daha da vacib edir.
Yaponiyanın baş naziri Fumio Kişida deyib ki, o, nüvə sınaqları da daxil olmaqla, Şimali Koreyanın gələcək təxribat ehtimalından dərin narahatdır. O, bu görüş vasitəsilə Şimali Koreyaya cavabımızla bağlı üçtərəfli əməkdaşlığın möhkəmlənəcəyini ümidini ifadə edib.
Bu il Şimali Koreya 31 ballistik raket buraxaraq, 2019-cu ildəki 25-lik rekordu qırıb.
Bayden administrasiyası Şimali Koreyanın qanunsuz nüvə silahları və raket proqramlarını davam etdirməsini Hind-Sakit okean regionunun üzləşdiyi əsas problemlərdən biri kimi vurğulasa və Şimali Koreyanın təxribatlarına qarşı genişlənmiş çəkindirməni gücləndirəcəyinə söz versə də, Konqresin bəzi üzvləri Dövlət Departamentinin Hind-Sakit okean strategiyasını prioritetləşdirmək ciddiliyinə şübhə ilə yanaşır.