Heyvanlar niyə intihar edir...
Bütün canlılarda 2 fərqli proqram var - yaşamaq sevgisi və özünüməhv
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsanlara təsirsiz ötüşmür
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
-
Hamımız üçün utanc gətirəcək
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
-
Əgər tale üzünə gülməyəcəksə...
İntihar etdiyi deyilən ginekoloqun faciəsinə sözardı
-
İntiharlar niyə artır?
Hadisələri hər cür çılpaqlığı ilə tirajlamaq alovun üzərinə benzin effekti verir
-
Al-əlvan rəngə boyanmış körpü…
-
Bütün intiharların ömrü ...
Xəyanət edənləri özünə qəsd etməklə cəzalandırmağı ağlınıza belə gətirməyin
-
30 yaşında inithara cəhd
Gəncədə əri ilə mübahisə edən qadın sirkə turşusu içib
-
Bakıda məşhur iş adamı özünü niyə güllələdi
Ailə üzvləri ölüm olayını ehtiyatsızlıq nəticəsində baş verən bədbəxt hadisə sayır
-
«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...»
«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»
-
XAOS - 4 aya 26 hərbçi
Düşmən ordusundakı intiharlar cəbhədəki ölümü üstələyib
-
«İntihar baharı» - ölkədə canına qıyanların sayı artır
Qabil Abbasoğlu: «Medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyənlərin mövqeyi hesab edirəm»
-
İntihara sürükləyən amillər
Nələr araşdırılmalı, nələrə çıxış azaldılmalıdır?
-
«İnsanla həyatın qarşılıqlı həyasızlığı»
Bu yazı intihara qarşıdı
-
Gənc yazarın intihar səsəbi
Mövlud özünə qəsd etməzdən əvvəl qapıya iki ürək şəkli yapışdırıb
-
«İntihar həddinə çatdıran səbəblər araşdırılmalıdır»
Elçin Şıxlı: «Qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun»
-
O dünya bundan gözəlmi?
Tanrı günahımızdan keçsin!
Bir çox alimlər inanır ki, yalnız insanlar öz həyatlarına son qoya bilər. Amma müşahidələr intellektual ruşeymləri olan bəzi heyvanların da intihara ət atdığını göstərir. Məsələn, İsveçrədə 3 gün ərzində ard-arda 28 inək özünü sıldırım qayadan atmışdı. Türkiyədə isə 2005-ci ildə 1500-ə yaxın qoyun heç bir səbəb olmadan özlərini hündürlükdən dərəyə atmışdılar. Onlardan 470-i yerindəcə tələf olmuşdu.
Heyvanlar daha çox payızda və yazda intihar edirlər. Alimlər bunu fəsil dəyişikliyi ilə əlaqədar olaraq heyvanların psixoloji gərginlik keçirməsində görürlər.
Bəzi heyvanların kütləvi intiharı:
1987-ci ildə 2 min delfin Braziliyanın İtkar kəndi yaxınlığında özünü sahilə atmışdı. Bir il sonra Küsü adasında daha 30 delfin özünü sahilə atmışdı. Tasmaniya adasında isə 300 delfin kütləvi intihar etmişdi.
1989-cu ildə Çili sahillərində 140 kitin (göy balina) cəsədi aşkarlanmışdı.
Yeni intihar dalğası isə 2003-cü ildə baş qaldırmışdı. İspaniyanın Qalisiya bölgəsində 27, Yeni Zelandiyada isə 100 kit ölü tapılmışdı.
Lemminq adlı şimal siçovullarının kütləvi intiharı isə heç kəsdə şübhə doğurmur. Bəzən kütləvi şəkildə toplaşan lemminqlər özlərini çay yaxud göllərə atırlar.
Ölüm haqqında elmin – tanatologiyanın əsas vəzifələrindən biri də məhz bu sirli intiharların səbəbini tapmaqdır.
Tanatoloqlatın fikrincə, heyvanların yaşamaq hissi ilə yanaşı, bir-birinə güclü bağlılığı da olur. Belə zamanlarda onlardan birinin ölümü digərinə pis təsir edir.
Məsələn, dul qalan qu quşları bəzən yüksəkliyə uçaraq, qanadlarını sallayır və ölümcül sürətlə yerə çırpılır.
Sevgilisini itirən tutuquşu melanxoliyaya uyaraq həsrətdən ölüb.
Bəzi hallarda hətta canavarlar balalarını itirən zaman həyatdan küsür və heç nə qəbul etməyərək acından ölürlər.
Heyvanlar öz sahiblərinə olan sevgidən də ölə bilərlər. Belə ki, məşhur bəstəkar Motsartın iti öz sahibinin qəbri üstündə can vermişdi.
Hesab olunur ki, planetimizdə həyatı balanslaşdırmaq üçün bütün canlılarda 2 fərqli proqram -yaşamaq sevgisi və özünüməhv var. Özünüməhv proqramı demoqrafik partlayışlar, konkret heyvan növünün kəskin artdığı zamanlarda aktivləşə bilər və biosferdəki tarazlığı qoruyar.