vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAĞLAMLIQ  
11:07 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlin ən depressiyalı günü

Bu günə niyə «Mavi bazar ertəsi» deyirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, bu gün «Mavi bazar ertəsidir» - başqa sözlərlə ilin ən depressiyalı günüdür. Məqalədə deyilir ki, «Mavi bazar ertəsi» terminin icad edən şəxs bunu bu həftə Donald Trampın prezidentliyə başlaması ilə əlaqələndirib.

Lakin bundan əlavə çox sayda məşhurun ölümü və Brexit nigarançılığı da faktor sayılır.

2005-ci ildə «Cardiff» Universitetinin ovaxtkı professoru Kliff Arnol (Cliff Arnall) ilin ən bədbin gününü müəyyən etmək üçün düstur təqdim etmişdi. Bu düstürda hava, borclar, Miladdan ötən günlərin sayı və bir sıra başqa faktorlar nəzərə alınırdı.

Onun düsturuna görə yanvarın üçüncü həftəsində dilxorçuluq ən yüksək zirvəsinə çatır, çünki Milad bayramı xərclərinin bank ödənişləri məhz həmin vaxta təsadüf edir.

Lakin doktor Arnoll deyib ki, bu ilki «bədbin bazar ertəsi» əvvəlkilərdən bədbin ola bilər. Buna səbəb Trampın qarşıdan gələn prezidentliyi və Britaniyanın Avropa İttifaqından ayrılmasının narahatçılığıdır.

51 yaşlı Kliff Arnoll hazırda Britaniya İş və Pensiya Nazirliyi və Dövlət Səhiyyə İdarəsi kimi təşkilatlarda xoşbəxtlik və özünəinamlıq sessiyaları keçirir.

O deyir ki, «fəslin bütün depressiya faktorları «Mavi bazar ertəsi»ndə çarpazlaşır və 2017-nin «mavi bazar ertəsi» əvvəlkilərdən daha bədbin olacaq.

Kredit kartları üzrə ödənişlər bir yana, qar, yolların sürüşkənliyi - bütün bunlar insanı dilxor edən faktorlardır, alim deyir.

Arnoll bildirir ki, bu ilin sonunda və əvvəlində çox sayda məşhurun 50 və 60 yaşlarında vəfat etməsi də insanlara onların özlərinin də ölümlü olduqlarını xatırladıb.

Lakin «Sussex» Universiteti bildirib ki, milli xoşbəxtlik ötən ilin 9 noyabrında olduğundan daha aşağı həddə düşə bilməz. Bu, Trampın ABŞ seçkisində qalib gəldiyi gün idi.

Professor Corc Makkeron (George Mackerron) və komandası son 6 ildə Mappiness deyilən aplikasiya vasitəsilə britaniyalıların əhvalını monitorinq edib.

Onlardan nə dərəcədə xoşbəxt olduqlarını 100 ballıq şkalada dəyərləndirmək rica olunub.

ABŞ seçkisi günündə xoşbəxtliyin orta rəqəmi 55-ə düşüb ki, bu, son altı ildə ən aşağı rəqəmdir.

Alimlər deyirlər ki, 2010-cu ildən bəri Trampın prezident seçildiyi 9 noyabra qədər nəhs gün qeydə alınmayıb.

Son 6 ildə ən xoşbəxt gün isə 2010-cu ilin Milad günü - dekabrın 25-i olub. Həmin gün insanların səadəti 75, 7 faizə qalxmışdı.

Bununla belə doktor Arnoll adamlara təskinlik verib: «Xoşbəxtliyin ən asan yolu sevdiklərinizlə bir yerdə olmağınızdır…»

O deyib ki, «Mavi bazar ertəsi»ndən çətin işlərin qulpundan yapışmaq - məsələn artıq çəki itirmək, siqareti tərgitmək və karyera planları qurmaq üçün istifadə edin.