vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
16:45 | 13 fevral 2014 | Cümə axşamı Məqaləyə 1636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UEFA-ya Xocalı çağırışı

««Qalatasaray» - «Çelsi» oyununa futbolçular qara lentlə çıxsınlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar.

Bu gün Şura katibliyinin əməkdaşları başladıqları aksiya çərçivəsində Xocalı abidəsini ziyarət ediblər.

Xatırladaq ki, Şura katibliyinin əməkdaşları UEFA-nın və «Qalatasaray» komandasının e-mail ünvanlarına müraciət göndəriblər.

Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-da keçiriləcək «Qalatasaray» - «Çelsi» qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev katibliyin əməkdaşlarının aksiyasına dəstək olaraq Vyanadan bununla bağlı müraciət göndərib.