vaxtlı-vaxtında oxuyun! Bazar, 3 iyul 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
10:08 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Buça Xocalının davamı idi

Ukraynadakı vəhşiliyi törədən cəza batalyonlarıdır, məsələn Vaqner

Səxavət MƏMMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ordusunun geri çəkilməsindən və ya geri oturdulmasından sonra Buça şəhərindən yayımlanan görüntülər Xocalı faciəsini yenidən gündəmə gətirir. Əslində, Azərbaycan üçün bu, gündəmdən heç vaxt düşməyib, ancaq məsələyə hələ də siyasi, hüquqi qiymət verilməyib. Buçadakı görüntülər, bəlkə də, Xocalıda da törədilənlərin hüquq müstəvisinə daşınmasına təkan verə bilər.

Azərbaycanda bəziləri iddia edir ki, 366-da ermənilər üstünlük təşkil edib. Bu isə tamamilə yalan və absurd iddiadır. Şəmkirdəki 366-cı motoatıcı alay 1985-ci ildə Dağlıq Qarabağa dislokasiya edilib. 366-cı alay Qarabağda tam ştatla xidmət aparmayıb. Belə ki, 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi olub. 366-cı alay Xocalı soyqırımından sonra, daha dəqiq, 10 mart 1992-ci ildə Qarabağdan çıxarılıb. Məlumata görə, alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla 180 əsgər ermənilər tərəfindən döyüşmək üçün Qarabağda qalıb. Təkcə bu rəqəmlər kifayət edir ki, alayın tərkibində üstünlüyü ermənilərin təşkil etmədiyini deyə bilək. Bundan əlavə, alay komandiri də polkovnik Yuri Zarviqorov olub. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 366-cı alayın 2-ci motoatıcı batalyon komandiri olub. Yəni əmr verən yox, əmr icra edən vəzifəsində xidmət aparıb. Bu yazılanlar Ohanyanı, Ermənistanı və separatçıları məsuliyyətdən azad edə bilməz.

Bundan əlavə, alay əgər ermənilərin diktəsi ilə hərəkət edirdisə, ozamankı Azərbaycan hakimiyyəti niyə Rusiyaya nümayəndə heyəti göndərib alayın Qarabağdan çıxarılması üçün danışıqlar aparırdı? Ozamankı Azərbaycan Prezidenti Ayaz Mütəllibov Araz Əlizadəni (Azərbaycan Sosial Demokrat Partiyasının sədri) Rusiya Prezidenti (1991-1999) Boris Yeltsinlə görüşə göndərib və 366-cı alayın Qarabağdan çıxarılmasına nail olmağa cəhd edib. Bu görüş nə zaman baş tutub? 1992-ci il fevral ayının 25-i səhər saatlarında. Axşam keçirilməli olan görüş Boris Yeltsinin anlaqlı vəziyyətdə olmadığı (içkili) üçün 26-sı səhərə təxirə salınıb. 25-dən 26-a keçən gecə Azərbaycan nümayəndə heyətinə zəng gəlir ki, 366-cı alay Xocalıda qətliam törədib…

Yəni Xocalının məsuliyyətini təkcə Ermənistan yox, həm də Rusiya daşımalıdır.

Müharibələr nə qədər öldürücü olsa da, əslində, müharibənin də öz qanunları var. Rusiya tərəfi Ukraynada müharibə qanunlarını da kobud şəkildə pozub. Müharibələr tarixinə baxanda nizami ordunun vəhşilik törətməsinə çox az rast gəlirik. Xocalıda 366-cı alayı ittiham etsək də, düşünmürəm ki, insanlara qarşı o vəhşiliyi, alçaldıcı hərəkəti əsgərlər etsin. Əsgərlər normalda güllələyib keçə bilər. Ancaq nizami ordunun əsgərlərinin qulaq, burun kəsməsi, hamilə qadının qarnını deşməsi inandırıcı deyil. Nizami ordu mühasirəyə ala bilər, müqavimət göstərənləri məhv edə bilər, ancaq bundan sonrakı prosesi həyata keçirənlər isə cəza batalyonları olur. Hər halda, ərazidə baş verən vəhşiliyə görə də ordu məsuliyyət daşıyır. Çünki buna göz yummamaq da olardı. Buna görə də Xocalı soyqırımının həyata keçirilməsində Ermənistanla Rusiya eyni dərəcədə məsuliyyət daşıyır.

Buçada baş verənlərin də nizami ordu tərəfindən həyata keçirldiyi inandırıcı görünmür. Düşünürəm ki, Buçadakı vəhşiliyi törədən cəza batalyonlarıdır. Bu məsələdə konkret Vaqnerin adı hallanır. Hətta faşist Almaniyasında belə nizami ordu əhaliyə qarşı vəhşilik törətmirdi. Bunun üçün cəza dəstələri var idi (SS).

Ancaq yuxarıda qeyd etdiyim məsələ Rusiya nizami ordusunun məsuliyyətini azaltmır. Çünki ordu bunun qarşısını ala bilərdi.

Hərbi xidmətdə olan hər kəs bilir ki, dinc əhali ilə rəftarla bağlı dərslər keçirilir, əsgərlərə beynəlxalq konvensiyalar başa salınır. Yəni hərbi xidmətdə olan biri bu cür hallardan qaçmalıdır.

Düşünürəm ki, Ukrayna tərəfi beynəlxalq qurumlara müraciət edəcək və məsələyə hüquqi qiymətin verilməsinə çalışacaq. Niyə fürsət? Çünki 30 ildir Azərbaycan Xocalıda baş verənlərə görə hüquqi qiymətin verilməsinə nail ola bilməyib.

Buçada baş verənlərə hüquqi qiymət verilsə, bu, Xocalı üçün analoq olacaq.