

2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
366-nın əməlləri 30 il sonra üzə çıxır
“600.000-dən çox kürdü qətlə yetirdilər”
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur
Cəlladların söz oyunu və tarixin yaddaşı
Ukraynadakı vəhşiliyi törədən cəza batalyonlarıdır, məsələn Vaqner
Təhlükəsizlik Şurası diqqəti mülki şəxslərin qətlinə yönəldir
Çünki Qarabağda üfüqlər sakit deyil!
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
Pantomima tamaşası Sofiyada dilləri qurudan soyqırımı sözsüz nümayi. etdirdi
Bir dəqiqəlik sükut
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
Ankaradan İrəvana hədə kimi mesaj
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan mənzərə
Prezident İlham Əliyev ötən gün Əlcəzairdə keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı bir neçə istiqamətlərdə mühüm mesajlar verdi. Dövlət başçısı Fransanın tarixdə etdiyi vəhşilikləri xatırlatmaqla Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi dünyada koloniyalaşdırma siyasətinə qarşı olduğunu ortaya qoydu.
Fransanın Əlcəzairdə törətdiyi qətliamlar, habelə müharibə və insanlıq əleyhinə cinayətlər çoxsaylı faktlar, sübutlarla təsdiq olunsa da, hələ də Fransa tərəfindən rəsmi tanınmayıb və hətta üzr istənməyib.
Əslində, bu gün bir-birlərinin ayaqlarını tapdalamayan Fransa və Ermənistan arasında qana batmış tarixləri baxımından ciddi oxşarlıqlar var. Tarixi faktlar hər iki ölkənin soyqırımı həvəskarı, işğalçı, uşaq və qadın qatili, mina terrorçusu olduğunu ortaya qoyur.
1830-1962-ci illəri əhatə edən işğal dövründə fransızlar 1,5 milyondan artıq insanı öldürdüyündən Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli fransız müstəmləkə dövrünün qurbanı olub. Təkcə 1961-ci il oktyabrın 17-də Sena çayında 1500-ə qədər əlcəzairli qətlə yetirilib, 1000-dən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi düşüb. Ermənistanın təcavüzü nəticəsində isə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin sonrakı taleyi məlum deyil. Minlərlə əlcəzairli fransızların basdırdığı mina partlaması nəticəsində həlak olub və ya ciddi yaralanıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. 10 noyabr üçtərəfli bəyanatından sonra 270-ə yaxın Azərbaycan vətəndaşı minaya düşüb.
Bütün bu rəqəmlər tarixi ədalətə qarşı fransız-erməni xorunun niyə qulaq batırdığını anlamağa imkan verir.