vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
12:36 | 27 fevral 2019 | Çərşənbə Məqaləyə 2826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xocalı bu olub”

Pantomima tamaşası Sofiyada dilləri qurudan soyqırımı sözsüz nümayi. etdirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr qrupunun rəhbəri Rauf Əliyev, diasporumuzun üzvləri, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.

Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum edərək dinc sakinləri qəddarlıqla qətlə yetirdiklərini bildirib.



Xocalı faciəsinin soyqırımı aktı olduğunu deyən və onu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini qeyd edən səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs edib, 13 ölkənin, ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığını və pislədiyini bildirib.



Səfirin çıxışından sonra mərasim Azərbaycan Dövlət Pantomima Teatrının Xocalı soyqırımına həsr olunmuş “Xocalı bu olub” tamaşası ilə davam etdirilib.


Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunub.


Mərasimin sonunda Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Həmçinin Sofiya şəhərindəki “Banyabaşı” məscidində Xocalı şəhidlərinin ruhuna “Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.