vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:52 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 1116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Stoltenberq tarixi pis bilir

NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO baş katibi Yens Stoltenberq Şimali Atlantika Blokunun mənzil qərargahında ənənəvi mətbuat konfransı keçirib. Stoltenberq bildirib ki, NATO Ukrayna ordusunun təchizatını gücləndirəcək. Buça qətliamı haqqında danışan Stoiltenberq İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir belə bir soyqırımla üzləşdiklərini deyib. Halbuki, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq aləm Xocalı, Srebrenitsa kimi qətliamlara şahidlik edib.

Stoltenberq Ukraynadakı qəddarlıqlara görə birbaşa prezident Vladimir Putinin məsuliyyət daşıdığını və Kremlə təzyiqin davam etdirilməsi vacibliyini vurğulayıb. NATO baş katibinin “biz bu münaqişənin Ukrayna sərhədlərini aşmasına icazə verməməliyik” cümləsi də diqqəti cəlb edir. Görünür, baş katib Rusiyanın başqa işğalçı müharibələr də planlaşdırdığına işarə edib. Stoltenberq deyib ki, əgər nüvə gücləri olan NATO və Rusiya üz-üzə gələrsə bu daha dəhşətli müharibə olar, daha çox tələfat olar. Stoltenberq bunları nəzərə alaraq çətin və ağrılı qərarlar verməyə məcbur olduğunu bildirib. Nədir bu çətin qərar? Aydındır ki, söhbət Ukraynanın NATO üzvlüyündən kənarda tutulmasından və Ukraynanın hava sahəsinin qorunmasının imtinasından gedir. Stoltenberqin “çətin qərar” dediyi siyasət minlərlə ukraynalının öldürülməsinin bundan sonra da davamı deməkdir. 

Stoltenberq mətbuat konfransında Çinin ünvanına da tənqid səsləndirib. Pekinin Rusiyanın təcavüzünü pisləməkdə istəksizlik nümayiş etdirdiyini deyən NATO baş katibi Çinin xalqların öz yolunu seçməklə bağlı suveren hüququnu şübhə altına almış olduğunu vurğulayıb. Əslində uyğurları zorla düşərgələrə dolduran Çinin belə bir dərdi yoxdur.