vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:42 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Katın, yoxsa Xatın ...

Cəlladların söz oyunu və tarixin yaddaşı

Natiq MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun illər Katın və Xatın faciələrini səhv salırdım. Sən demə bunu qəsdən ediblərmiş. Sovet hökuməti 1940-cı ildə Dnepr sahilindəki Katın kəndində 22 min Polşa zabitini güllələyib məhv edir.

Təsəvvür edin alman faşistləri Ukraynanı tutanda kütləvi məzarlığı tapır və ictiamiləşdirirlər. Sovet hökuməti deyir biz eləməmişik.

Müharibə qurtarandan sonra isə tez-tələsik 140 nəfərin qətl edildiyi Xatın kəndindəki faciənin təbliğinə başlayırlar, baxmayaraq ki, Belarusun başqa kəndlərində faşistlər daha çox adam qırmışdı. Bəs niyə məhz Xatın? Çünki sovet ideoloqları Katını dünyanın yaddaşından silmək istəyirdilər. Yalnız 1989-cu ildə Mixail Qorbaçov cinayəti etiraf edib Polşadan üzr istədi.

Qəribə bilirsiniz nədir? Nürnberq məhkəməsindəki müttəhimlər deyirdilər ki, biz heç kimi öldürməmişik, biz Almaniyanın sənayesi üçün çalışmışıq. Deməli, həbs düşərgələrinin adını qoyublarmış istehsalat müəssisəsi, insanları kütləvi şəkildə qırılmasına da istehsalat deyirmişlər. Hətta bəziləri buna səmimi şəkildə inanırmış da...

Xocalı cəlladları da eyni sözü deyirdilər. Azərbaycanlılar özləri özlərini qırıb...

Hazırda Haaqa zindanına ömürlük həbsə atılan Serebrenitsa qatili Karaçiç hələ də özünü günahkar saymır...

XXI əsrin ilk soyqırımı baş verib – Allahın və sivil dünyanın gözü qabağında balaca şəhər Buça növbəti vəhşiliyin şahidi olub. Deyirlər, bizim xəbərimiz yoxdur, özləri edib...

Tarix təkrarlandıqca cəlladların söz oyunu davam edir... Allahın və sivil dünyanın gözü qabağında...