Yeni nazirlər və komitə sədrlərinin ilk həftəsi
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
-
“Ötür-ötür oyunu” ...
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
-
“Şəhid ailələrinin qapısına piyada gəlməli idi”
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
-
Nə istəyirlər, verin!
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
-
ƏJDƏR 8,5 il həbsdə OLacaq
ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb
-
SMS göndəriləcək...
Müharibədə iştirak edənlərə şad xəbər
-
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
-
... Kombayn tapılmır
Arpa sahələrdə məhv olur ...
-
Soğan niyə bahalaşdı?
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
Anar Kərimov nazir müavini təyin olundu
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
-
“Aşağı maaş yazsanız, …”
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
-
Yeni nazirə yeni müavin
İlhamə Qasımovanın qısa dosyesi
-
“Dollar” əkib qəpik qazananlar…
Fermer: “İllərlə Rusiyada alver edənlər də sarımsaq, soğan əkdi”
-
“24 min qazancım var”
Taxıl yığımı pis getmir, kartofçuluqda vəziyyət isə…
-
“Məqsəd sahələri genişləndirmək deyil, …”
Nazir pambıq yığımı hədəflərini açıqladı
Prezident seçkisindən sonra ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən, bir sıra nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı. Yeni təyin olunan nazir və komitə sədrləri artıq bir həftədən çoxdur ki, vəzifə başındadırlar. Bəs onlar ilk həftələrində hansı işləri gördülər?
Yeni nazir və komitə sədrlərinin ilk həftələrində gördükləri işləri təqdim edirik.
Kənd təsərrüfatı naziri İnam Kərimov hələ kollektivə təqdim olunan zaman 3 əsas prinsipini açıqlayaraq bildirdi ki, fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqini əsas götürüləcək.
İlk həftəsinə isə yeni nazir təyinatlarla başladı. O, yeni kadrlarını əvvəl rəhbəri olduğu “ASAN xidmət”dən gətirdi. Belə ki, İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub:
“Sarvan Cəfərov “ASAN Xidmət”də də sədrin köməkçisi vəzifəsində çalışırdı. Nazirin digər əmrilə Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri təyin edilib. Aqil Quliyev buna qədər “ASAN xidmət”də Nəzarət və Qiymətləndirmə Şöbəsinin müdiri idi.
İnam Kərimovun daha bir əmrilə İlhamə Qədimova nazirliyin hüquq şöbəsinin müdiri təyin olunub. İ. Qədimova “ASAN xidmət”də Hüquqi Təminat Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nazir 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Adil Qasımov, “ASAN Xidmət”in İnsan Resursları və Təlim Şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və Qiymətləndirmə Şöbəsinin müdiri Aqil Quliyevə də nazirlikdə vəzifə verdi.
İnam Kərimov həmçinin nazirliyin mətbuat xidmətinin rəhbərliyinə də əvvəllər “ASAN xidmət”də eyni vəzifəni daşıyan Anar Hüseynovu gətirdi.
Fəaliyyətinin ilk günlərində yeni nazir “Baytarlıq şəhərciyi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə tanış olub, oradakı iş prosesi, yaradılan şəraitlə maraqlanıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də kollektivə təqdim olunan zaman bildirib ki, nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib. İlk həftəsində Muxtar Babayevlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak arasında görüş keçirilib.
Görüş zamanı meşələrin mühafizəsi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, su bioresurslarının davamlı idarə edilməsi və ekoturizmin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində ETSN ilə FAO arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Prezidentin sərəncamı ilə uzun müddətdir boş qalan təhsil naziri postuna da təyinat oldu. Nazir müavini vəzifəsində çalışan Ceyhun Bayramov nazir postuna keçdikdən sonra, hələ ki, nazirliyin digər boş qalan yerlərinə təyinat etməyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov komitənin loqosunu dəyişdirməyi düşünür. Yayılan məlumatda qeyd olunur ki, komitənin yeni saytı yaradılır və loqo seçimi üçün müsabiqə elan edilib.
Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb. Məlumatlara görə, nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın kadrı hesab olunurdu.
Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr kimi Səfər Məmməd oğlu Mehdiyev təyin olundu. Unikal.org-un məlumatına görə, təyin olunduqdan sonra Səfər Mehdiyev gömrük sistemində başlayan islahatların sürətlənməsi, gömrük-keçid məntəqələri vasitəsilə malların hərəkətində mövcud olan bütün neqativlərin aradan qaldırılması üçün rəhbər şəxslərə tapşırıq verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Əli Həsənovun yerinə təyin olunan Rövşən Rzayev də öz işinə kadr dəyişiklikləri ilə başlayıb. Belə ki, onun əmri ilə Komitənin Repatriasiya Departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib. E. İsmayılovun yerinə hələ ki, təyinat olmayıb. Bundan əlavə, R.Rzayev komitə sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevi də vəzifəsindən azad edib. Məlumatlara görə, Əkbər Əkbərov komitənin sabiq sədri, baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. Akif Mirzəyev də keçmiş sədrin qohumudur.
Əli RAİS