“Ötür-ötür oyunu” ...
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
Xəqani SƏFƏROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
-
“Şəhid ailələrinin qapısına piyada gəlməli idi”
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
-
Nə istəyirlər, verin!
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
-
ƏJDƏR 8,5 il həbsdə OLacaq
ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb
-
SMS göndəriləcək...
Müharibədə iştirak edənlərə şad xəbər
-
Anar Kərimov nazir müavini təyin olundu
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
-
“Aşağı maaş yazsanız, …”
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
-
Şəffaf və nəzakətli DOST
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
-
Prezidentdən DOST hədiyyəsi
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
-
Yeni nazirdən tapşırıq
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
-
181 ölüyə pensiya yazılıb?!
Səlim Müslümova şok ittiham
-
Nazirlikdə 6 vəzifə boşdur
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
-
Yeni nazirlər və komitə sədrlərinin ilk həftəsi
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
-
“Süründürməçilik aradan qalxacaq”
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
-
Pensiya artımı kimlərə şamil edilmədi?
Nazirlik rəsmi açıqlama yaydı
-
Yeni nazirin yeni hədəfləri
Sahil Babayev: “İlk növbədə ədalətlilik, şəffaflıq ...”
Qazilərə əlillik dərəclərinin verilməsi ilə bağlı son günlər müşahidə olunan narazılıqlar diqqətdədir. Məncə, bu problemin bir səbəbi rəsmi sənədlərin düzgün əlaqələndirilməməsi ilə bağlıdır.
Qanunvericiliklə bağlı bəzi sənədlərə baxdım. Burada bir sıra suallar meydana çıxır.
Bu gün əlillik dərəcəsinin təyini üçün əsas meyar sabiq Baş nazir Artur Rəsizadənin imzaladığı, Nazirlər Kabinetinin 2015-ci ildə dekabrın 30-u tarixli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair” Əsasnamə” götürülür.
Əsasnaməni oxuduqda görmək olar ki, bu sənəd sülh dövrü üçün xarakterik olan əlillik faktlarına fokuslanıb. Sənəddə müharibə dövründə hərbi qulluğa çağırılmış şəxslərin ala biləcəyi spesifik zədələr, yaralar, əlilliklər barədə heç nə yoxdur.
Bu Əsasnaməyə görə, avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında hər hansı fərq qoyulmur.
Bu isə iki müharibə periodu yaşamış bir ölkə üçün qəribə görünür.
Sahil Babayevin Nazirliyi də bu Əsasnaməyə uyğun qərar verir.
Vəziyyəti idarə etmək, qazilərimizin əlilliyinin sürətlə və operativ şəkildə müəyyənləşdirilməsi üçün 13 yanvar 2021-ci ildə Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradılıb. aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qruplara xəsarət almış hərbi qulluqçuları yerində müayinə edilməsi həvalə olunub.
Bundan başqa əliliyinin müharibə ilə bağlı olması Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən xəstəlik haqqında şəhadətnaməsi ilə müəyyənləşir. Belə ki, Vətən müharibəsində yaralanmış hərbçilərə əlillik təyin edilərkən əsas sənəd kimi Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası tərəfindən verilən xəstəlik şəhadətnaməsi istifadə edilir.
“Ötür-ötür oyunu”, qanunlarda boşluqlar, məmur bürokratiyası, “yaxanı kənara çəkmə” son nəticədə narazılığa rəvac verir.
Göründüyü kimi bu məsələnin dəqiq tənzimlənməsi üçün qanunda və hökumətin çevik hərəkətini müəyyən edəcək dəyişikliklərə ehtiyac var. İlk olaraq Yeni Əsasnamə hazırlanmalıdır. Burada Azərbaycanda son iki Qarabağ müharibəsinin iştirakçıları ilə bağlı dəqiq maddələr öz əksini tapmalıdır.
Müharibədə yaralanmış hərbçilərimizin sayı 12 min civarındadır.
Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına görə, Vətən müharibəsinin 3729 qazisi əlillik üçün müraciət edib və onların 2515 nəfərinə əlillik təyin edilib. Deməli hələ qarşıda xeyli iş durur.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2022-ci il iyul ayının 1-dən yeni Əsasnamənin tətbiqinə başlanılacaq.
Yəqin bundan sonra bu prosesin koordinasiyası daha məsuliyyətli şəkildə aparılacaq.
Vətən Müharibəsi Qaziləri Vətənə borclarını ödəyiblər. Bizi məğlubiyyət sindromundan çıxardıblar. Onlara qalib kimi yaraşan haqlarını verməliyik.
Hər birinə!