vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TÜRK DÜNYASI  
10:53 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğandan «Gülən»çilərə çağırış

«Paralel strukturun hüquq-mühafizə orqanlarında əlaqələri var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarlarını demokratik yolla siyasi mübarizə aparmaq üçün partiya yaratmağa çağırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin «Milliyet» qəzeti xəbər yayıb.

Ərdoğanın sözlərinə görə, Gülən tərəfdarları bələdiyyə seçkiləri ərəfəsində antitəbliğat aparacaqlar.

Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.

Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.

Ərdoğan qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: «Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var».

Baş nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi şantajdan istifadə etməklə idarə olunan ölkə deyil.

Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.