vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
18:09 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dostcasına xahiş etsəydi ki...»

«Məsələni bu cür böyütdülər, artıq o da mümkün deyil»

musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Savaş başladı

    «Qardaş» qırğınında bütün kriterilər aşıldı, təhqirin sərhədi qalmadı

  • Qatili tapılmadı

    Baş Prokurorluqdan Rafiq Tağının cinayət işilə bağlı bir gündə iki məktub

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Bakı şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağrıldığını da deyib.

Aydın olur ki, baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün musavat.com saytında gedən «Günün fotosu: harın oğulun qəzası» başlıqlı yazıdır. Həmin yazıda «Mersedes-Gallendvagen» markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

Musavat.com bu qeydləri edərkən qəzaya düşən və dövlət nömrə nişanı açılaraq aparılmış avtomobilin şəklini versə də, əlində olan informasiyaya baxmayaraq, nömrə nişanını göstərməmişdi. 

İndi qeyd edək ki, həmin maşının dövlət nömrə nişanı 90 DD 065-dir. Əgər prokurorluq və ya hansısa dövlət qurumu maşınının sürücüsünün kimliyini tapmaq istəyirsə, bu informasiyalardan çıxış edə bilər. Yox, əgər təkzib vermək istəyirlərsə, bunu da edə bilərlər, avtomobilin əslində kimə məxsus olduğunu bildirərək düzəliş vermək kifayətdir. 

Bu mövzuda musavat.com-a açıqlama verən R.Arifoğlu bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: «Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm. Lakin çağırışa getməkdən də imtina etmirəm. Mənə 17. 20-də zəng edib deyirlər ki, 40 dəqiqə sonra şəhər prokurorluğunda olum. Bu təlaşı, bu dar macalı anlamadım. Sabaha çağırsalar nə olacaqdı ki? Mən 40 dəqiqə ərzində bütün yazılarımı, işimi buraxıb bir yazıya görə niyə prokurorluğa gedim? Həm də, bu çağırış tamamilə qanunsuzdur. Müəllif yazısına görə prokurorluq baş redaktoru dəvət edib, onu «başa sala» bilməz. Bu, KİV haqqında qanuna və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da ziddir. Biz bu fakta görə hadisəni bir daha araşdırdıq. Məlum olur ki, qəza törədən heç də bir rayon prokurorunun oğlu deyilmiş. Daha mühüm prokurorun oğlu imiş». Baş redaktor dedi ki, hətta Eldar Sultanov dostcasına xahiş etsə idi ki, o yazını çıxardaq, edərdik: «Lakin onlar ki, məsələni bu cür böyütdülər, artıq o da mümkün deyil». 

* * * *

Xatırladaq ki, həmin qəza barədə APA xəbər agentliyi də məlumat yaymışdı. Həmin məlumatı yenidən təqdim edirik:

Bakının Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Mətubat prospektinin kəsişməsində qadın sürücünün xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. «90 HL 400» dövlət nömrə nişanlı «Mercedes Benz ML» geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan zaman arxadan sürətlə gələn «90 DD 065» nömrəli  »Mercedes Benz Galenvagen»lə toqquşub. Qəzanın təsirindən «Mercedes Benz ML» yoldan çıxıb. Avtomaşının qadın sürücüsü xəsarət alıb. «Mercedes Benz Galenvagen» yolun kənarında  yerləşən mağazaya çırpıldıqdan sonra dura bilib.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Hadisə şahidlərinin  sözlərinə görə, günah «Mercedes Benz Galenvagen»nin sürücüsündə olub. O, geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan «Mercedes Benz ML»ə yol verməyib.

Yol Polisinin Yasamal Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə, şəhər kameraları vasitəsilə qəzada hansı sürücünün günahkar olduğu müəyyən olunacaq.