100 min manat istəyir
Rauf Arifoğlu: «Yavər Camalova bağlı olan zavod direktorunun qəzeti məhkəməyə verməsi təsadüfi deyil»
E.MƏMMƏDƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Süni intellektin saxta xəbərləri
MSN portalı jurnalistləri texnologiya ilə əvəzləmənin bədəlini ödəyir
-
Poliqonda qəza
Minaatanın partlaması nəticəsində bir nəfər yaralanıb
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Qaşla-göz arasındakı ölüm
Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...
-
Müdafiə sənayesi naziri vəfat etdi
Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyadan köçüb
-
Mühüm mesaj, tutarlı cavab
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
-
Yeni snayper və əl pulemyotu
Azərbaycan yeni silahlar istehsal edəcək – SİYAHI
-
Camalovların ətrafında nə baş verir?
Zavodları partlayan, yaxınları odlu silahla tutulan nazirin adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılmasınadək çəkilir
-
Şirvanda silahlı insident
Yavər Camalovun dayısı oğlu saxlanıldı
-
Camalovun zavodlarında 4 ildə 4 partlayış
Qəsd, yoxsa səhlənkarlıq - həssas məqamda baş verən hadisə şübhələrə yol açır
-
9 KİV-in adı «qara siyahı»da
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib
-
Rövşən Camalovun ölüm səbəbi məlum olub
Müdafiə sənayesi nazirinin oğlu Türkiyədə dünyasını dəyişib
-
«Bu, borc deyil, sələmdir»
Nazirin və icra başçısının qardaşı yenidən məhkəmədə dindiriləcək
-
«Yeni Müsavat» niyə əvvəlki kimi deyil?
Bir oxucunun sualına cavab
-
Bir ildə 15000 mərmi istehsalı
Prezident iki silah savodunun açılışını etdi
-
«Malları dəyər-dəyməzinə satdım»
Nazir qardaşının pulunu kim mənimsəyib?
Müdafiə Sənayesi Nazirliyinin (MSN) «Yeni Müsavat» qəzeti redaksiyasına və qəzetin əməkdaşı E.Hüseynova qarşı xüsusi ittiham qaydasında verdiyi iddia üzrə hazırlıq iclası keçirilməmiş redaksiyamıza bu qurumdan daha bir məhkəmə iddiası daxil olub. Bu dəfə nazir Yavər Camalovun hüquqşünasları mülki iddia ilə çıxış edərək qəzetdən 100 min manat, təkzib, mübahisə predmeti olan yazının musavat.com saytından çıxarılmasını istəyirlər.
Nazir Yavər Camalovun hüquqşünaslarının xüsusi ittiham qaydasında tərtib etdikləri ittihamda da redaksiyamızın 100 min manat cərimə olunması, təkzib verilməsi və müxbirimizin həbsi tələb olunur. «Yeni Müsavat»ın məhkəməyə verilməsinə münasibət bildirən qəzetin təsisçisi və baş redaktoru Rauf Arifoğlu deyib ki, bu iddianı Azərbaycan hakimiyyətinin mətbuat düşərgəsinə təzyiqi kimi dəyərləndirir: «Son vaxtlar mətbuata qarşı yeni təzyiq dalğası başlayıb. Mən bu məhkəmə iddiasını həmin dalğanın fonunda qiymətləndirirəm. Təsadüfi deyil ki, bir qəzet yazısına görə Baş Prokurorluq qəzet və saytımızın rəhbərliyini bu quruma dəvət edərək xəbərdarlıq edir, hədələyir. Baxmayaraq ki, bu tamamilə qanunsuzdur. Baş Prokurorluq bir yazıya görə qəzetə, qəzet rəhbərliyinə xəbərdarlıq verə bilməz. Bundan başqa, digər media quruluşlarının rəhbərləri hazırda təzyiq altındadırlar. Üstəlik, məhkəmə hərəkətliliyi başlayıb. Bunlardan az əvvəl bizim bank hesabımıza həbs qoyulmuşdu və «Yeni Müsavat»ın Cəlal Əliyevə olan borcları hesabımızdan silindi. Baxmayaraq ki, biz əvvəldən belə razılığa gəlmişdik ki, həmin vəsaiti ona hissə-hissə ödəyəcəyik. Bütün bunları bir yerə toplayanda aydın olur ki, Yavər Camalova bağlı olan «Radioquraşdırma» zavodu direktorunun bizi bir yazıya görə məhkəməyə verməsi təsadüfi deyil».
R.Arifoğlu deyib ki, qarşı tərəf məhkəməyə qədər məsələni razılaşdırmaq üçün heç bir təşəbbüs göstərməyib: «Təkzib istəmək, Mətbuat Şurasına müraciət etmək təşəbbüsündə olmayıblar. Baxmayaraq ki, biz israrla, bir neçə gün yazını dərc etməyərək qarşı tərəfin fikrini almaq təşəbbüsü göstərmişik. Bunu yazıda da qeyd etmişdik».
Baş redaktor prosesin müstəqil mətbuatın çökdürülməsinə hesablandığını söylədi: «Qəzetdən 100 min manat məbləğində cərimə tələb olunur, əməkdaşımızın həbsini istəyirlər. Bütün bunlar onu göstərir ki, rəsmilər, Azərbaycan hakimiyyətinə bağlı olan şəxslər növbəti dəfə Azərbaycan mətbuatına hücuma keçiblər. Əlbəttə ki, bu bizi narahat edir. Nəzərə alsaq ki, ölkədə medianın durumu yaxşı deyil, qəzet satışına yaradılan problemlər artıq bir sıra təsərrüfat hesabına işləyən, özünü maliyyələşdirən qəzetləri krizis durumuna salmaqdadır».
R.Arifoğlu qəzetin bu məsələdə haqlı olduğunu dedi: «Hesab edirik ki, ədalətli məhkəmə keçirilsə, normal proses aparılsa, icra strukturlarından verilən tapşırıq icra olunmasa məhkəmə prosesini udacağıq».
Baş redaktor qeyd etdi ki, buna qədər də Müdafiə Sənayesi Nazirliyində baş verən maxinasiyalar haqda yazılar dərc olunub. Lakin həmin yazılarda göstərilən faktlara MSN-dən münasibət bildirilməyib: «Bu göstərir ki, hazırkı məhkəmə iddiası sadəcə bir sifarişdir».
Yada salaq ki, xüsusi ittihamçını narazı salan isə qəzetimizin 9 yanvar 2014-cü il tarixli sayında dərc olunan «Yararsız məmulatı qəbul etməyə məcbur edildiyinə görə özünü asdı» sərlövhəli yazıdır.