
Qaşla-göz arasındakı ölüm
Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...
Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...
Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyadan köçüb
Zavodları partlayan, yaxınları odlu silahla tutulan nazirin adı sələmə pul verməkdən tutmuş bahalı maşının qaçırılmasınadək çəkilir
Yavər Camalovun dayısı oğlu saxlanıldı
Qəsd, yoxsa səhlənkarlıq - həssas məqamda baş verən hadisə şübhələrə yol açır
Müdafiə sənayesi nazirinin oğlu Türkiyədə dünyasını dəyişib
Prezident iki silah savodunun açılışını etdi
Nazir qardaşının pulunu kim mənimsəyib?
Azərbaycan kumulyativ başlıqlı PUA-lar buraxacaq
«Nazirə bağlı olan zavod direktorunun bizi məhkəməyə verməsi təsadüfi deyil»
«Nazirə bağlı olan zavod direktorunun bizi məhkəməyə verməsi təsadüfi deyil»
Müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunmuş Samir Nəbiyevin məhkəməsində gözlənilməz gediş olub. Bu iş üzrə bir müddət əvvəl məhkəmə istintaqı yekunlaşıb, prokuror çıxış edərək Nəbiyevə 9 il həbs cəzası istəyib, vəkili isə onun təqsirsiz olduğunu bildirərək bəraət hökmü çıxarılmasını xahiş edib. Avqustun 11-də S.Nəbiyev özü son sözünü deməli və ardınca da hökm elan edilməli idi. Amma qərar verilib ki, məhkəmə istintaqı təzələnsin, iş yenidən araşdırılsın.
«Bu, borc deyil, sələmdir»
Nazirin qardaşı ilə bağlı cinayət işinin yenidən araşdırılması haqda qərar S.Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti əsasında verilib. Vəkil bildirib ki, təqsirləndirilən S.Nəbiyev də, zərərçəkmiş Ə.Camalov da yenidən dindirilməlidir. Müdafiəçinin sözlərinə görə, bu işdə dələduzluqdan söhbət gedə bilməz. Nazirin qardaşı S.Nəbiyevə sələmlə pul verib:
«Əlikram Camalov məhkəmədə dedi ki, guya 18 min manat və 2 min 500 dolları Samir Nəbiyevə borc verib. Amma bu, borc deyil, faizdir. Biz reallığı da başa düşürük, başa düşürük ki, qarşı tərəfin qardaşı nazirdir. Belə bir məsələdə ədalətli qərar vermək asan deyil. Amma kiminsə «sağ ol»unu qazanmaq üçün kasıb, həyat yoldaşı xəstə, ailəsi ağır durumda olan, təqsirsiz bir adamın uzunmüddətli həbsinə yol vermək olmaz».
Məhkəmə istintaqının yenilənməsi qərarından sonra bu iş üzrə növbəti iclas avqustun 16-na təyin olunub.
Xatırlatma
S.Nəbiyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur. İddia olunur ki, o, nazirin qardaşını aldadaraq 18 min manat və 2 min 500 dollar pulunu alıb qaytarmayıb.
Amma S.Nəbiyev Ə.Camalovu aldatmadığını, ondan pulu da sələmlə aldığını deyir. Bildirir ki, icarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasına mal almaq üçün Ə.Camalovdan pul alıb. Razılaşmaya görə, qazancın yarısı nazirin qardaşına çatmalıymış. S.Nəbiyev 18 min manata görə 5 min, 2500 dollara görə də 1500 dollar pul verdiyini, sonradan devalvasiyaya görə maddi vəziyyəti pisləşdiyindən pulu qaytara bilmədiyini deyir.
Devalvasiyadan sonra Ə.Camalov manatla verdiyi pulu o dövrün məzənnəsinə uyğun olaraq, dollarla hesablayıb.
Ə.Camalov özü də verdiyi pula görə faiz aldığını təkzib etməyib. Təsdiqləyib ki, S.Nəbiyev bir neçə ay qazancının bir hissəsini ona verib. Amma o, aldığı pulları verdiyi məbləğdən çıxmaq istəmir.
P.S. Əlikram Camalov sələm verdiyi puldan qazanc götürüb. Pulla bağlıq ona edilən müraciətdən belə başa düşülür ki, bu sələmə verilən birinci məbləğ olmayıb. Lap birinci müraciət olsa belə, cənab nazirin və icra başçısının qardaşı lombard (hüquqi şəxs) kimi qeydiyyatdadırmı və dövlətin vergisini veribmi?