vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
20:08 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 3099 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prezidentdən görüş istəyəcəm»

Azərbaycan mətbuatı can verir; «Yeni Müsavat» bağlanmaq təhlükəsi ilə üz-üzədir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Vəziyyət bu cür davam eləsə, qəzeti bağlamalı olacağıq. Hətta qəzetin iflas olduğunu elan edəcəyimiz variant da hazırdır». Martın 5-də «Media forum» saytına danışan «Yeni Müsavat» qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu belə deyib.

O bildirib: «Azərbaycan mətbuatı can verir. Yayım sektoru, demək olar, çöküb. Bundan pis vəziyyəti təsəvvür edə bilmirəm. Qəzet yaymaq arealımız daralıb, gəlirlərimiz minimuma düşüb. Qəzetimiz yalnız əməkdaşlarımızın fədakarlığı sayəsində fəaliyyətini davam etdirir.

Bakıdakı yeni köşklərə gündə 1400-1500 nüsxə qəzet veririk. Amma köşklərdə qəzetlərin satılması da vəziyyətdən çıxış yolu deyil. Əvvəla, oxucuların bu köşklərdən qəzet almaq vərdişi hələ yeni yaranır. İllərdir metro keçidlərində və səyyar satışda formalaşan satıcı-oxucu münasibətləri var idi. Metroda qəzet satışı qadağan olunub, səyyar satışın əl-ayağı yığışdırılıb. Nəticədə satıcı-oxucu münasibətləri kəsilib, minlərlə tiraj itirmişik. Artıq ümumi trajımızdan gündəlik 5-6 min nüsxə azalıb. Bu da ayda qəzetimizin 120- 150 min nüsxəsinin dövriyyədən çıxması deməkdir. Satışdan itirdiyimiz pullar bizim üçün çox ciddi itkidir. Bu gedişlə qəzeti bağlaya bilərik. Hətta qəzetin iflas elan olunduğu hal üçün bir layihə hazırlayıb kənara qoymuşam. Kritik anda o layihəni dövriyyə buraxacam».

R. Arifoğlu musavat.com-a deyib ki, təsisçisi olduğu saytlarda isə vəziyyət yaxşıdır: «Musavat.com saytı yüksələn xətt üzrə böyüyür. Onu 24 saat fasiləsiz, həm də keyfiyyətli yayın yapa bilən bir orqana çevirmişik. Minval.az saytının unikal İP-i 30 mini keçib. Bütün variantlarda, bu saytlar yaşayacaq, daha da böyüyəcək  və kollektivin fəaliyyətini ən pis halda onların ətrafında quracağıq. Lakin bizim üçün əsas yayın orqanı «Yeni Müsavat» qəzetidir. Mən onun qorunması üçün hər şey edəcəm. Bayramdan sonra ölkə prezidentindən görüş istəyəcəm və inanıram ki, bu görüş alınacaq, mən də cənab prezidentin dəstəyini alıb, həm yazılı medianı, həm də  səyyar yayım sektorunu xilas edə biləcəyik».