vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
16:41 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 2378 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Danışmaq hələ tezdir»

«İkisindən istifadə etdik»

ELSEVƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı»nın müdafiəçisi Yure Travnerin futbolinfo.az-a müsahibə verib. Müsahibəni Sizə təqdim edirik.

- «Xəzər Lənkəran»a səfərdə qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsiz?

- Çox çətin oyun oldu. Amma səfərdə «Xəzər Lənkəran»a qarşı yaxşı oyun göstərə bildik. Qol şansları yaratdıq və bunların ikisindən istifadə etdik. Biz rəqibə nisbətən bu qələbəni daha çox haqq edirdik. Düşünürəm ki, layiqli qələbə qazandıq.

 

- Oyundan əvvəl 2:0 hesablı qələbəyə inanırdız?

- Düşünürdük ki, həddən artıq çətin olacaq. Amma Premyer Liqanın ikinci yarısının startından göstəririk ki, biz yaxşı formadayıq. Əlbəttə ki, həmişə qələbəyə inanırıq.

 

- Komandanın ilk  qolunu siz vurdunuz...

- Çox sevinirəm ki, dünən qol vurdum. Bir müdafiəçinin qol vurması xüsusi bir hissdi. Çünki onlar çox qol vura bilmirlər. Bu, mənim üçün vacib qol idi. Çünki bu qolla qələbəmizin əsasını qoyduq və sonda 3 xal qazandıq.

 

- Rəqibinizi necə dəyərləndirərdiz?

- Onların oyunda yaxşı şansları oldu. Amma xoşbəxtlik bizim tərəfimizdə idi. Çünki rəqibimiz şanslarından istifadə edə bilmədi. «Xəzər Lənkəran» güclü komandadı. Onlar da çempionatın ikinci yarısına yaxşı başlayıblar. Demək olar ki, dünən meydanda olan hər iki komanda mövsümün ikinci yarısının uğurlu komandaları idi. Amma biz şanslarımızdan daha yaxşı yararlanıb qalib gəldik.

 

- Artıq turnir cədvəlində «Neftçi»ni geridə qoydunuz. Bunu artıq «Bakı»nın çempionluq iddiasını ortaya qoyması kimi qəbul etmək olar?

- Hələ çempionluqdan danışmaq tezdir. Nə baş verəcəyini mövsümün sonunda görəcəyik. Biz hər oyunda qalib gəlmək üçün ən yaxşısını etməliyik. Bu uğurun davamını gətirməliyik.

 

- Növbəti turda «İnter»lə qarşılaşacaqsız...

- «İnter» də yaxşı komandadı. Çox çətin olacaq. Amma mən öz komandamıza inanıram. Daha da yuxarılara qalxmalıyıq.

 

- Sizcə, çempionluq uğrunda  hansı komandalar yarışacaq və kim çempion olmaq üçün daha çox şansa malikdi?

- Mənim favoritim «Qarabağ»dı. Amma «Bakı», «İnter», «Neftçi» və «Qəbələ»də sona qədər mübarizə aparacaq.