Daha bir ölkə soyqırımı tanıdı
Honduras Milli Konqresindən Xocalıda qətliam törədildiyini təsdiqləyən qərar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ermənilərlə birgə yağmalayıblar
366-nın əməlləri 30 il sonra üzə çıxır
-
Əşirət soyqırımı törədən ermənilər
“600.000-dən çox kürdü qətlə yetirdilər”
-
Hondurasda fövqəladə vəziyyət
Güc strukturları quldur dəstələrinə qarşı birgə hərəkətə keçib
-
Dostunu göstər deyim kimsən
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
Stoltenberq tarixi pis bilir
NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur
-
Katın, yoxsa Xatın ...
Cəlladların söz oyunu və tarixin yaddaşı
-
Buça Xocalının davamı idi
Ukraynadakı vəhşiliyi törədən cəza batalyonlarıdır, məsələn Vaqner
-
Buça qətliamı BMT-də
Təhlükəsizlik Şurası diqqəti mülki şəxslərin qətlinə yönəldir
-
Bu dəfə ağlamadım ...
Çünki Qarabağda üfüqlər sakit deyil!
-
İrəvandan Rusiyaya ittiham
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
-
“Xocalı bu olub”
Pantomima tamaşası Sofiyada dilləri qurudan soyqırımı sözsüz nümayi. etdirdi
-
Azərbaycanda həyat durdu
Bir dəqiqəlik sükut
-
Xocalılı körpəyə göndərdiyim oyuncaq
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
-
“Qurtuluş istəyirsinizsə...”
Ankaradan İrəvana hədə kimi mesaj
-
Bakıda ümumxalq Xocalı izdihamı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
Honduras Milli Konqresi 2014-cü ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, Honduras Milli Konqresinin qəbul etdiyi bu Qərar Konqresin prezidenti və katibləri tərəfindən təsdiq edilib.
Bu Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan «THE GAZETTE» rəsmi kütləvi informasiya vasitəsində dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu alıb.
Sənədin giriş hissəsində Ermənistanın öz müstəqilliyini bəyan etdikdən əvvəl və sonra Azərbaycanın suverenliyi altında olan geniş əraziləri ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası siyasətinə başladığı bildirilir.
1991 və 1992-ci illərdə Sovet İttifaqının dağılması nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan hökumətinin Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı məqsədilə döyüş əməliyyatlarını hərbi fazaya keçirərək ərazi ekspansiyası siyasətini intensivləşdirdiyi bildirilir.
Həmçinin 30 min insanın öldürüldüyü və 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyi hərbi əməliyyatlar zamanı Xocalıda azərbaycanlı əhaliyə qarsı soyqırım aktı və digər insanlıq əleyhinə cinayətlərin törədildiyi qeyd edilir.
Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu kimi hərəkətlər beynəlxalq cinayət əməli kimi qiymətləndirilərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq təqdim edilir.
Bununla yanaşı, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1992 və 1993-cü illərdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan hökumətinin BMT-nin tələblərinə etinasız yanaşdığı bildirilir.
Qərarın 1-ci bəndində Ermənistan hökuməti təcavüzkar işğalçı davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və Azərbaycan mülki əhalisinə qarsı misilsiz hərəkətlərə görə ciddi şəkildə ittiham edilir.
Qərarın 2-ci bəndində Ermənistan tərəfinin hərəkətlərinə münasibətdə Azərbaycan dövləti və hökuməti ilə həmrəylik ifadə olunur.
Qərarın 3-cü bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar münaqişədən əvvəlki status-kvonun bərpa edilməsi məqsədilə Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı həlledici addımlar atmağa çağırılır.
Qərarın 4-cü bəndində Honduras hökuməti Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası, Azərbaycan əhalisinin sülh və təhlükəsizliyinin və öz ərazisində sülh şəraitində yaşamaq hüququnun bərpa edilməsi naminə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırır.
Qərarın 5-ci bəndində sənədin «THE GAZETTE» rəsmi kütləvi informasiya vasitəsində dərc edilməsindən sonra qüvvəyə minəcəyi bildirilir.