«Mən qorxuram ki...»
Zeynəb Xanlarovadan xəbərdarlıq
Elşad PAŞASOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ciddi nəsə yoxdur”
Zeynəb Xanlarovanın oğlu: “Anam tez-tez Azərbaycana gəlib-gedir”
-
«5-6 gündür parlamentin iclaslarında iştirak etmir»
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
-
Eminin Bakıda solo-konserti
Çoxlu yeniliklər olacaq
-
«Sənətçi tamaşaçıya hörmət etməlidir»
«Vətənpərvərlik mahnıları insanı ağlatmalı deyil, mübarizəyə səsləməlidir»
Milli Məclisin iclasında söz alan xalq artisti Zeynəb Xanlarova sensasion məzmunlu çıxış edib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Zeynəb Xanlarova xəbərdarlıq edib:
«Mənim bağım Nardarandadır, ora gedirəm. Camaat çox narahatdır. Biz yenə camaatı qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, orda evlər tikilir. Mən dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı yox, zadı yox... Camaat ağlayır ki, hər şeyi bizim əlimizdən alıblar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarları dağıtsınlar? Bilmirəm kimin villasıdır. Mən qorxuram ki, camaat ayağa qalxar. Nardaran camaatı sən öləsənə, mən ölümə baxmır e... Mən istəmirəm ki, belə olsun. Əvvəldən deyirəm, sabah bir şey olsa... Qoy Nardaran camaatı da eşitsin. Mən sözümü dedim».