Deputat bir həmkarını dəstəklədi
Digəriylə isə mübahisə etdi
E.PAŞASOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Emosiyalarını cilovlaya bilməyib”
Deputatdan sabiq nazirə cavab: “Qərbi azərbaycanıların adından danışa bilməz!”
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Milli Məclisdə Xocalı müzakirələri başa çatıb. Az öncə çıxış edən deputat Siyavuş Novruzov dedi ki, Xocalı soyqırmını törədənlər Ermənistan hakimiyyətindədir: «Onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, bir də belə hadisələr baş verməsin. Azərbaycanlılar nə Xocalının, nə Laçının, nə də digər ölkələrdəki günahsız qurbanları ilə bağlı faktları cavabsız qoymayacaq, bunun əvəzini çıxacaq, torpaqları azad edəcək».
S.Novruzov dedi ki, nə Xocalıdan əvvəl, nə sonra hakimiyyətdə olanlar Xocalı soyqırmı ilə bağlı ciddi sənəd qəbul etməyib. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra soyqırıma hüquqi qiymət verilib. YAP-çı deputat Azərbaycanda Xocalı günahkarlarının olduğunu da iddia etdi: «Təbii ki, bu cinayətləri ermənilər törədib. Amma Azərbaycan vətəndaşını da köməksiz qoyanlar da məsuliyyət daşımalıdır. Həmin vaxt qarışıqlıq yaratmaq istəyən partiyaların da məsuliyyəti var. Nədənsə bizim siyasi partiyalar, bir sıra qəzetlər, onların himayəsində olanlar bir tədbir keçirtməyib. Məgər Xocalı soyqırmı tək iqtidarın işidir?»
Fəzail Ağamalı dedi ki, artıq Xocalı soyqırımı günahkarlarının cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var. O da S.Novruzova dəstək verdi: «Sərkisyan, Köçəryan, Balayanla, Qukasyanla bərabər Azərbaycanda bu soyqırıma şərait yaradanlar da Beynəlxalq Tribunalda müzakirə olunmalıdır».
F.Ağamalı MM adından dünya ölkələri parlamentlərinə müraciət edilməsini də təklif etdi.
F.Ağamalı İ.Ağazadəyə cavab verdi: «Ceyhun Osmanlı jurnalistin şəxsi həyatına müdaxilə etməyib, onun evinə daxil olmayıb, sevgi macəralarının audiosunu aparmayıb. Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməli idi».
O.Əsədov isə irad tutdu: «Siz qəzetdə bir-birinizlə debat aparmısınız. İndi bu debatı Milli Məclis səviyyəsinə çıxarırsınız».
Mübariz Qurbanlı konkret təkliflə çıxış etdi: «Biz Vətən harayı» abidəsini Şəhidlər Xiyabanına köçürtməliyik və Xocalı abidəsini ziyarətinin rəsmi protokola salınması istiqamətində addım atmalıyıq».
O.Əsədov dedi ki, Heydər Əliyev Mərkəzində bununla bağlı işlər gedir.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən vitse-spiker Valeh Ələsgərov deputatların uca səslə söhbət etdiyini görüb «siz ucadan danışırsınız, mən də səsimi qaldıracağam, sonra kiminsə qulağına ziyan dəyəcək» dedi. Ancaq az sonra yenidən səs-küyün yarandığını gördükdə dayandı. Uzun pauzadan sonra izahat verdi: «Mane oluram sizə, ona görə dayanmışam, sizə mane olmayım. Danışırsınız, bir-birinizin qulağınıza pıçıldayın». Sakitlikdən sonra davam etdi.