vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
19:26 | 5 iyun 2013 | Çərşənbə Məqaləyə 1915 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən qanuna qarşı deyiləm”

““Diffamasiya haqqında” qanun layihəsi hazırlanıb və Venesiya Komissiyasında ekspertizadan keçib”

lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Lent. az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.

Ziyafət Əsgərov onu da deyib ki, belə bir qanunun qəbulu haqqında Azərbaycanın öhdəliyi yoxdur: “Dəfələrlə qeyd olunub ki, belə bir qanunun qəbulu haqqında Azərbaycanın öhdəliyi yoxdur. Mən qanuna qarşı deyiləm, bu sənədlə bağlı qeyri-dəqiq yanaşmaya qarşıyam. Nədənsə ölkədə “Diffamasiya haqqında” qanunun tətbiqi ilə bağlı yanlış anlaşma var. Axı bu qanunun qəbulu o demək deyil ki, bundan sonra istənilən jurnalist kimi istəsə təhqir edəcək və buna görə də məsuliyyətə cəlb olunmayacaq. Təəssüf ki, bəzi KİV-lər bu sənədlə bağlı məhz bu istiqamətdə yanlış təbliğat aparırlar. Ona görə də hesab edirəm ki, bu sənəd qəbul edilməzdən öncə əhalidə, cəmiyyətdə düzgün maarifləndirmə işi aparılmalıdır. Layihənin nə vaxt hazır olub müzakirəyə çıxarılacağını bilmirəm, amma həmin vaxta kimi ciddi maarifləndirmə işləri görülməlidir. Amma yenə də o fikrimi təkrar edirəm ki, şərəf və ləyaqətin alçaldılmasına görə məsuliyyət olmalıdır. Əgər vətəndaş təhqirə, böhtana məruz qalırsa, ləyaqəti alçaldılır. Şərəf Azərbaycan vətəndaşı üçün çox müqəddəs anlayışdır. Bizdə bu məsələyə fərqli münasibət olduğunu deyəndə digər milləti aşağılamaq məqsədim yoxdur. Sadəcə, bir daha vurğulamaq istəyirəm ki, Qərb ölkəsində anadan olan vətəndaşın böyüdüyü, onu əhatə edən mühit Azərbaycandakı mühitdən tam fərqlidir. Ona görə o ölkələrdə “şərəf “və “ləyaqət” anlayışı da fərqlidir”.
Ziyafət Əsgərov bildirib ki, bir vətəndaşın təhqir olunması bizdə çoxları üçün namus məsələsidir: “Təhqiri hətta namusa ləkə kimi qəbul edənlər var. Qərbdə isə hamıda olmasa da, əksəriyyətdə yanaşma fərqlidir. Anlayışlar eyni olsa da, məzmunu mühitdən fərqli olaraq, dəyişir”.