“Yekunlaşmaq üzrədir ...”
Prezidentdən problemli kreditlər anonsu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
Mütaliə və kitablar arasında istirahət
Bakı Kitab Mərkəzində təqdimat keçirilib
-
Son 5 gün
Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq
-
«Uzun şərhə ehtiyac yoxdu»
«Siyasi baxımdan perspektivli yanaşmadır və müsbət də qarşılanır»
“Bu gün anons vermək istəyirəm ki, problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə bu məsələ vətəndaşların xeyrinə həll ediləcəkdir”.
Bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyev bildirib.
“Problemli kreditlər əhalini narahat edir. Ötən ildən hökumət üzvlərinə göstərişlər verilib. Təkliflər paketi hazırlanır. Milli Məclisdə də müxtəlif təkliflər verilib.
Bu məsələ ilə işçi qrupu ciddi məşğuldur. Son 2 aydır ciddi iş aparılır. Bu asan məsələ deyil. Biz bu məsələni həllini, vətəndaşların maliyyə yükünün, maliyyə vəziyyətinin yaxşılaşdırılmasında görürük. Bir-neçə ay ərzində aparılmış ciddi müzakirələr nəticəyə gəlməyə əsas verir. Biz təkliflərin son mərhələsindəyik. Biz yaxın gələcəkdə bunu həll edəcəyik. Buna oxşar bəzi ölkələrdə qərarlar qəbul edilib, amma icra edilməyib. Vətəndaşlar üçün ən məqbul variantın seçilməsi ön plandadır. Bu gün anons vermək istəyirəm ki, bu məsələ yekunlaşmaq üzrədir”.