vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
11:25 | 4 mart 2019 | Bazar ertəsi Məqaləyə 2056 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dollar çox güclüdür”

Trampdan tənqid: “Fed-də faiz artırmağı xoşlayan bir cənab var”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti, dolların çox güclü olduğunu bildirib və Fed sədrini yenə tənqid edib.

ABŞ Prezidenti Donald Tramp, Şənbə günü etdiyi açıqlamada, ABŞ dollarının çox güclü olduğunu bildirib və Fed sədri Cerom Pauelı “faizləri artırmaqdan xoşlanan” biri kimi qiymətləndirərək bir daha tənqid edib.

Tramp etdiyi geniş çıxışında, ABŞ iqtisadiyyatının, mərkəzi bankın addımlarına baxmayaraq yaxşı getdiyini söyləyib.

Tramp, “Güclü bir dollar istəyirəm. Amma digər ölkələrlə apardığımız işlərdə bizi məhdudlaşdıracaq qədər güclü bir dollar deyil. Ölkəmiz üçün böyük iş görən bir dollar istəyirəm”, deyib.

Tramp, Pauelın adını çəkməyib, ancaq ondan “Fed-də faiz artırmağı xoşlayan bir cənab var, Fed-də sərt pul siyasətindən xoşlanan bir cənab var, Fed-də çox güclü dollardan xoşlanan bir cənab var”, şəklində bəhs edib.

Tramp, ABŞ iqtisadiyyatının heç olmadığı qədər inkişaf edərkən, digər ölkələrin çox zəif performans göstərdiyini və bunun da uğurlu olmalarını çətinləşdirdiyini sözlərinə əlavə edib.