... Musiqinin gücü
Tərk edilməsi mümkünsüz görünən hotel və ...
Vüsal BAĞIRLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bethoven və Meray Keri istedadı
Ritorik mahnılar beynin gizli qabiliyyətlərini ortaya qoyur
-
Yaşlıların musiqi yaddaşı gənclərinki qədər güclüdür
Yaddaş problemindən əziyyət çəkənlər üçün yeni müalicə üsulları hazırlana bilər
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
75 yaş hesabat rəqəmidir
Yaxud sənət həm də zəhmət istəyir...
-
Dünyanı kimlər dəyişib?
Dəli dahilər, yoxsa dahi dəlilər?
-
Amma özü...
Yaxşı müğənnidir, şairdir, aktyordur, …
-
«Ən azı əlli il geri qalmışıq!»
Sovet musiqisi və musiqili işgəncələr
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
«Üzeyir bəy çalışırdı onu bütün xalq sevsin»
«O, uzun müddət Azərbaycan üçün işıq saçan fikir insanı olacaq»
-
Qavaldaşdan süzülüb gələn musiqi
Şərqin ilk müsəlman bəstəkarı - Üzeyir Hacıbəyli
-
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
-
«Tələ qurmuşdular»
Azərbaycanlı ifaçılar «O səs Türkiyə»dən niyə uzaqlaşdırıldı?
-
Musiqimizin gerçək siması
Gülçən İbadova «O səs Türkiyə»nin münsiflərini özünə heyran etdi
-
Bakı Beynəlxalq caz festivalı keçiriləcək
Musiqi bayramı 1 sarayda və 2 mərkəzdə baş tutacaq
-
Uzun illər boyu, musiqiçilər də, musiqi kefini artırmaq üçün elə dinləyicilər də, narkotiklərdən istifadə etmişlər. Narkotik və musiqi arasındakı əlaqə musiqi mətnlərində əks olunurdu. Çünki həmin mətnləri də heroin, kokain və marixuana təsiri altında olan musiqiçilər yaradırdılar.
“Eagles” qrupunun “Hotel California” mahnısını dinləmisinizmi?
Bu musiqi ilk dəfə 40 il əvvəl ifa olundu və janrın bir növ klassikasına, şedevrinə çevrildi. İndi kompozisiya nümunəsi rok janrının zirvəsi də hesab olunur.
Musiqinin səslənməsi zamanı gitara dueti insanı vəcdə gətirir, solistin ifası heyran edir.
Mahnıda “tərk edilməsi mümkünsüz görünən hotel”dən bəhs edilir. Burada yorğun və əldən düşmüş səyahətçi əvvəlcə cəlbedici görünən, sonra isə bir dəhşət yuvasına dönən oteldə tələyə düşür...
Bəziləri bu musiqinin “gedonizm”i, yəni həzzi hər şeydən üstün tutan həyat tərzini təbliğ etdiyini düşünür. Mahnın ideyası: Hollivud adlı dəbdəbəli mehmanxanada qonaq əvvəlcə xoş qarşılanır, sonra isə hiyləgər və çıxılmaz tələyə salınır.
Burada otel üstüörtülü mənada zindan, dəlixana, azadlığı məhdudlaşdıran qapalı yer kimi göstərilir. Musiqinin sözlərindəki “Warm smell of colitas rising up through the air” misrasında guya narkomaniyanın da təbliğ olunduğu söylənilir.
Bu söz təxminən, “marixuananın hərarətli qoxusu havaya yayıldı” kimi tərcümə olunur...
Bizdə də, “Kazbek” adlı mahnı qısa müddət ərzində populyarlaşaraq efirlərin trendinə çevrildi. Sonra isə, meyxana-mahnının müəllifi həbs edildi. O, narkotik vasitənin açıq təbliği ittihamı ilə saxlanıldı.
Ümumiyyətlə, musiqi və narkotiklər arasında hansı paralellər aparmaq olar?
Kanada alimlərinin hesablamalarına görə, musiqinin və narkotiklərin insan orqanizminə verdiyi məmnunluq hissi təxminən bərabərdir.
Əvvəllər, keyfiyyətli musiqi sərbəst və pulsuz əldə etmək olduqca çətin idi. İnternetin və sosial şəbəkələrin kütləviliyi ilə bu problem demək olar ki, həll edildi.
Narkotiklərlə də bağlı vəziyyət təxminən eynidir. Daha öncələr narkotik vasitələr qadağan edilirdisə, indi onların satışı və istifadəsi bir çox ölkələrdə leqallaşdırılır və bu ənənə get-gedə kütləvi hal alır.
1981-ci ildə ABŞ prezidenti Riçard Nikson Vyetnam müharibəsini dayandırsa da “rok-n-roll”un yayıldığı və məşhurlaşdığı dövrdə qeyri-adi və olduqca ziddiyyətli addım atdı və narkotiklərə mübarizə elan etdi.
Vəziyyətin absurdluğu onda idi ki, hüquq-mühafizə orqanları bir tərəfdə narkotiklərin satışı və istifadəsini maksimum məhdudlaşdırmağa çalışır, rok, rep, hip-hop musiqiçilər isə öz növbəsində mətnlərdə içkini, narkotiki və eyş-işrəti acığa daha çox təbliğ edirdilər.
Təsadüfdən ya zərurətdənmi, iş elə gətirirdi ki, rok-musiqi nümunələri alimlərin LSD həblər üzərində tədqiqatlar apardığı ərəfədə məşhurluq qazanırdı. Hətta, Timoti Liri kimi alimlər bu preparatı nəinki öyrənirdi, həm də təbliğ edirdilər.
Beləliklə, tərəflər arasındakı məhdudlaşdırma və təbliğat rəqabəti, qaçdı-tutdu oyunu, o dövrdən başlayaraq indiyədək davam edir və yenə də çoxsaylı mübahisələr, anlaşılmazlıqlar yaratmaqdadır.
Redaksiyadan: Məqalə müəllifin şəxsi fikridir. Vaxt.az heç bir yazarın yazısına görə məsuliyyət daşımır.
Vüsal BAĞIRLI