vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
13:05 | 1 mart 2014 | Şənbə Məqaləyə 2660 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dubaya kimlər getdi?

Foqts 28 futbolçunu Ərəb Əmirliklərinə apardı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Berti Foqts Dubay toplanışına 28 futbolçu çağırıb. Bunlardan 20 nəfəri səhər saatlarında səfərə çıxıbsa, daha 8 futbolçu ehtiyat heyətdə yer alıb.

Almaniyalı çalışdırıcının siyahısında bir sıra dəyişikliklər var. Belə ki, Toğrul Erat, Abdulla Abatsiyev və Elvin Yunuszadəni ilk dəfə əsas milliyə cəlb edən Foqts, Kamran Ağayev, Araz Abdullayev, Qara Qarayev, İlkin Qırtımov, Murad Ağayev, Aqil Məmmədov və Novruz Məmmədova da dəvət göndərib. Əvəzində, Səlahət Ağayev, Fərhad Vəliyev, Mahir Şükürov, Vurğun Hüseynov, Maksim Medvedev, Əfran İsmayılov, Əli Gökdəmir və Taşkın İlker kənarda qalıb.

 

Qapıçılar: Kamran Ağayev, Anar Nəzirov (hər ikisi “Qəbələ”);

 

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Elvin Yunuszadə (Neftçi), Elnur Allahverdiyev (Qəbələ) Ruslan Əmircanov (İnter), Ufuk Budak (Qaziantep BB, Türkiyə), İlkin Qırtımov (Simurq);

 

Yarımmüdafiəçilər: Ruslan Abışov (Rubin, Rusiya), Qara Qarayev (Qarabağ), Abdulla Abatsiyev (İnter), Cavid Hüseynov (Bakı), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”);

 

Hücumçular: Vaqif Cavadov (İnter), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfat Dadaşov (Kayzerslautern, Almaniya), Toğrul Erat (Fortuna, Almaniya).

 

Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Vladimir Levin (“Qəbələ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Novruz Məmmədov (“Rəvan”) Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) Murad Ağayev (AZAL), Vüqar Nadirov (“Qarabağ”), Pərdis Fərcad-Azad (“Sumqayıt”).