vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
12:14 | 2 mart 2014 | Bazar Məqaləyə 2635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlara kim pul verə bilər?»

«Heç kim! Nə daxildən, nə də xaricdən»

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasında qurultay öncəsi başqanlığa namizədlər bəlli olduqca onların arasında rəqabət də şiddətlənir.Bəs namizədlərin çoxluğu partiya daxilində pərakəndəlik yaradacaqmı?

Bu suala cavab verən eks-spiker, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev hafta.az-a açıqlamasında bildirib ki, partiyada baş verən hadisələr öncədən hökumət tərəfindən planlaşdırılıb: “Müsavatda başqan seçimi ilə əlaqədar gedə biləcək proseslərin xalq üçün heç bir əhəmiyyəti yoxdur. Gənclərin namizədlikləri olmasa, ümumiyyətlə, kimin o vəzifəyə keçməsinin nə mənası ola bilər? O partiyada maksimum 30 nəfər aktiv ola biləcək, yəni yuxarı hissəsində insan var. Onlar parçalansa, nə olacaq, bir yerdə olsa, nə əhəmiyyəti var?! Müsavat Partiyasının daxilində nə baş verəcəyini siz Prezident Aparatında kimdənsə soruşsaydınız, daha dəqiq məlumat ala bilərdiniz. Hökumət istəməsə, İsa Qəmbər qalıb başqan işləyəcək. İstəsələr, Arif Hacılı və ya Qubad İbadoğlu, yaxud da başqa birisi partiyanın başqanı olacaq. Öz istədiklərini başqan edəcək və maliyyə köməkliyi də göstərəcəklər”.

Eks-spiker proqnoz verir ki, sadaladıqları baş verməsə, partiya dağılacaq: “Əks halda idarələrinin qapısını yaxın vaxtlarda bağlanmalı olacaqlar. Yeganə bugünkü rəhbərlikdə olmayan, xüsusilə gənclərdən kimsə başqan seçilsə, həm müstəqil siyasət apara biləcək, həm də qeyri-hökumət maliyyəni tapacaq. Rəhbəri yuxarıda adları çəkilənlərdən birinin olacağı Müsavat Partiyasını hökumətdən başqa kim maliyyə verə bilər? Heç kim! Nə daxildən, nə də xaricdən”.