vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QALMAQAL  
15:28 | 7 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 3442 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, mənim üçün məcburi qərar idi»

İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən Sürət Hüseynovun 1993-cü ildə qaldırdığı qiyamın yatırılmasının tərəfdarı idim. Qiyam başlanan zaman problemin həlli yollarını müzakirə etməyə başladıq. Digərləri siyasi müxalifəti öz tərəfimizə çəkməklə qiyamçıları tərksilah etməyi təklif edirdlər. Təəssüf ki, ikinci ideya üstünlük təşkil etdi və mən Milli Məclisin sədri postundan getdim. Növbəti sədr Heydər Əliyev oldu».

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin sabiq sədri İsa Qəmbər Rusiyanın tanınmış jurnalisti A.Dubnovun slon.ru saytı üçün götürdüyü müsahibəsində deyib.

Eks-spiker müsahibədə 1993-cü ildə Azərbaycanda gedən siyasi prosesləri şərh edərək, iyun qiyamının doğurduğu yeni müstəvinin nəticələrinə toxunub.

Onun sözlərinə görə, prezident Əbülfəz Elçibəy qan tökülməsinin əleyhinə idi və qarşıdurmanı istəmirdi: «Mən Heydər Əliyevin Bakıya dəvət edilməsi ilə barışmalı oldum. Əgər bunu etməsəydim, istefa verməsəydim, o zaman belə çıxacaqdı ki, bizim komanda  və lider problemi qansız həll etməyə çalışır, mən isə kresloya görə bu sülh variantına imkan vermirəm. Ona görə bu qərar mənim üçün məcburi qərar idi».

«Siz Elçibəylə razı deyildiniz?» sualının cavabında İsa Qəmbər deyib ki, iyun qiyamını yatırmaq olardı: «Mən hesab edirdim ki, qiyamı yatırmaq olar. Amma AXC rəhbərliyinin böyük əksəriyyəti ikinci variantın tərəfdarı idi».

İ.Qəmbərin sözlərinə görə, iyun qiyamı Sürət Hüseynovun Moskvadakı hamilərinin dəstəyi ilə törədilmişdi.

O, mərhum prezident Heydər Əliyevin həmin dövrdəki siyasi fəaliyyəti barədə sualları da cavablandırıb. Sabiq spiker deyib ki, 1990-cu ildə, fövqəladə vəziyyət şəraitində keçirilmiş seçkilərdə AXC və demokratik ictimaiyyət birgə 20-25 nəfərlik heyətlə deputat mandat ala bilib. İ.Qəmbərin sözlərinə görə, onlar tədricən parlamentdə situasiyaya nüfuz etməyə nail ola biliblər. Həmin azsaylı deputat korpusu Moskvaya və Azərbaycanın kommunist rəhbərliyinə qarşı mübarizə aparırdı: «Heydər Əliyev o zaman qəribə mövqe nümayiş etdirirdi. O, kommunist idi. Hakimiyyət təkcə AXC-dən yox, Heydər Əliyevdən də qorxurdu. Çünki Heydər Əliyev Azərbaycan SSRİ-nin keçmiş rəhbəri kimi müəyyən dəstəyə malik idi. Təbii, ciddi dəyişikliklər periodunda əhali həmişə sabitlik və sakitlik arzusunda olur. Bu arzu isə çox vaxt keçmişlə, o dövrün rəhbəri ilə  assosiasiya olunurdu. Bütün bunlar isə, əlbəttə, Heydər Əliyevin xeyrinə işləyirdi».

İsa Qəmbər qeyd edib ki, Ali Sovetin deputatı olduqları zaman Heydər Əliyevlə xüsusi yaxın münasibətləri olmayıb: «O, həmçinin deputat idi. Biz parlamentdə hərdən görüşüb müəyyən məsələləri müzakirə edirdik. Heydər Əliyev o vaxt bizim əleyhdarımız deyildi. Biz Azərbaycanın kommunist hakimiyyətinə qarşı mübarizə aparırdıq. Heydər Əliyev də müxalifətçi mövqeyində çıxış edirdi. Daha sonra o, Naxçıvan Məclisinin sədri seçildi, bununla da rəsmi şəxs oldu».