vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SAHİBKARLIQ  
13:05 | 4 may 2016 | Çərşənbə Məqaləyə 3203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

34,2 faizlik eniş

İnşaat bölməsində tənəzzül getdikcə dərinləşir

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində ölkənin inşaat sektorundakı vəziyyətə dair fikirlərini paylaşıb. Tanınmış iqtisadçının statusunu təqdim edirik.

Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük bölməsi olan tikintidə böhran getdikcə dərinləşir. Bunu rəsmi statistik məlumatlar təsdiq edir. Dövlət Statistika Komitəsinin son açıqlamasına görə bu ilin 1-ci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır.

Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır. Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi. Hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər. Bununla yanaşı, tikintidəki böhranın mənfi nəticələrindən biri də inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Təhlillər göstərir ki, son 1 il ərzindən ən böyük işçi ixtisarı tikinti sektorunda qeydə alınıb. Onun da da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur. Hazırda daha çox regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb. Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə bu işgüzar fəallığa və işziliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək.

Son aylarda reallaşan Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması yaxşı təşəbbüs olsa da gecikib. Bu agentliyin fəaliyyət konsepsiyası mənzil problemlərinin sosial həlli üzərində köklənsə də hələlik bu sahədə əhəmiyyətli dəyişikliklərə imza atılmayıb.