vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
20:19 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2927 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yasamal Yaşayış Kompleksinə nəqliyyat vasitələri daxil ola bilməyəcək

Texniki və operativ nəqliyyat vasitələri xaric

MÖVZU İLƏ ƏLAQƏLİ

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisi 11,6 hektardır və burada 29 çoxmənzilli binanın inşası nəzərdə tutulur.

APA TV-nin məlumatına görə, MİDA-nın mətbuat xidmətinin rəhbəri  Diana Dadaşova  bildirib ki, binaların inşası başa çatdıqdan sonra 1843 ailə mənzillə təmin olunacaq: «Ötən dövr ərzində 7 mindən çox insanın güzəştli mənzil sistemində şəxsi elektron kabineti yaradılıb. Bu o deməkdir ki, həmin şəxslərin güzəştli mənzil əldə etmək hüququ təsdiq olunub. Vətəndaşlar ilk mənzillərin satışa çıxarılması ilə bağlı elan verildikdən sonra müəyyən edilmiş tarixdə şəxsi kabinetə daxil olaraq mənzilləri elektron qaydada seçə biləcəklər».

Yasamal Yaşayış Kompleksində 584 mənzilin mülkiyyət hüququnun öncədən qeydiyyatı təmin olunub. Bu, mənzil sahiblərinə güzəştli ipoteka kreditlərindən yararlanmaq imkanı verəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi ilə Bakı Nəqliyyat Agentliyinin birgə layihəsinə əsasən, Yasamal Yaşayış Kompleksi ərazisində Avropa standartlarına, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək mümkün olacaq. Yollarda velosiped üçün ayrıca yol, piyada hərəkət sahəsi ilə bina arasında xüsusi ara məsafə, texniki zolaq, yaşıllıq zolağı və qarışıq təyinatlı zolaqlar nəzərdə tutulub.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Metronun «Elmlər Akademiyası» və «Gənclik» stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin «Sədərək» ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq: «Mövcud marşrut xətləridir. Sadəcə, iki marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilərək həmin şəhərciyə salınacaq. Digər iki marşrutun isə aralıq dayanacağı istiqamətləndiriləcək. Kompleks istifadəyə veriləndən sonra yol infrastrukturunda texniki dəyişikliklər ediləcək. Daha sonra iritutumlu avtobuslar veriləcək. Həmin ərazidə xidmət edən avtobusların yenilənməsi məsələsinə baxılacaq».

Binaların həyətinə nəqliyyat vasitələrinin girişi qadağan olunacaq. Yalnız texniki və operativ nəqliyyat vasitələrinin girişinə icazə veriləcək.