SİMA nə vaxt populyar olacaq?
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Osman GÜNDÜZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
GPON statistikası
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
-
Nazirin bir il vaxtı qaldı...
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
-
Ekosistemdə yeni bir oyunçu
Ən yaxın zamanda 10 milyon büdcəsi olan fond yaradılaq
-
Qısa nömrələr kimlərdədir?
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
-
Starlink Azərbaycana gələ bilərmi?
Ötürücü stansiya üçün icazə alınmalı və şərait yaradılmalıdır
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
Müharibə və startaplar
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
-
İnteqrasiya tam reallaşmayıb
Kağızdan tam imtina 2026-cı ilədək sürə bilər
-
«Korrupsiya, rüşvətxorluq bizi əngəlləyən əsas bəlalardır»
İlham Əliyev: «Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır»
-
Bu zəng kimin üçün çalınır?
Bağlanan məktəb və kurslar bir nümunə olaraq öyrənilməlidir
-
SİMA yeni rəqəmsal imzanın inteqrasiyası sürətlənib. Artıq “ASAN Login” sisteminə də qoşulub. Çox uğurlu bir addımdır. Düşünmək olar ki, qısa zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və ASAN birgə xeyli işlər görüblər inteqrasiya üçün.
SİMA-nın ASAN-a inteqrasiyası o deməkdir ki, artıq müxtəlif dövlət sistemlərinə, 80-dən çox dövlət portallarına girişlə bağlı vətəndaşlar daha asan və sadə bir identifikasiya alətinə malik olub.
Yəni, bu məsələdə, sadəcə portallara giriş məsələsində ASAN-a dəxli olmayan “ASAN imza”nın inhisarçılığının qarşısı alınıb.
Lakin hələlik bu o demək deyil ki, vətəndaş bütün dövlət xidmətlərini SİMA ilə əldə edə biləcək, sənədlərini SİMA ilə imzalayacaq.
Ciddi problemlər qalır.
Xidmətlərin özünün SİMA-ya inteqrasiyası hələ yeni başlayıb. Düşünürəm ki, vətəndaşlar yalnız bundan sonra SİMA-nın üstünlüyünü, real faydasını görə biləcəklər.
Məsələn, hələlik kifayət qədər populyar olan, ciddi ictimai-sosial əhəmiyyət kəsb edən xidmətlər, vergi xidmətləri, notarial xidmətlər, MİDA xidmətləri, əmlak xidmətləri SİMA-ya inteqrasiya olunmayıb. Vətəndaşın təqdim etdiyi sənədlərin isə SİMA ilə imzalanması üçün mütləqdir ki inteqrasiya olunsun.
Düşünürəm ki, bu xidmətlərin, xüsusilə də vergi xidmətlərinin daha tez bir zamanda SİMA-ya inteqrasiyasına ehtiyac var.
Məhz bu sahədə mobil imza olan ASAN imzanın inhisarçılığı ən yüksək həddədir.
Bildiyim qədər RİNN və AzİnTelecom hazırda əlaqədar qurumlarla birgə SİMA-nın dövlət xidmətlərinə inteqrasiyası istiqamətdə çalışırlar.
Elə bu gün keçirilən “Korrupsiyanın qarşısının alınmasında texnologiyaların rolu” mövzusunda ictimai dinləmələrdə bu haqda da müzakirə aparılıb.
SİMA-nın əsas üstünlüyü odur ki, mobil nömrəyə bağlı deyil, vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən rəqəmsal bir identifikasiya vasitəsi, sənədləri imzalama vasitəsi əldə etmiş olur.
SİMA mobil tətbiqlərini yükləyib heç bir ödəniş etmədən, qısa bir anda, biometrik (üztanıma) texnologiyası ilə qeydiyyatdan keçib bu rəqəmsal imzanı əldə etmək mümkündür.
Ümid edirəm, qısa zamanda SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən dövlət xidmətlərinə inteqrasiyası başa çatacaq.