DTX kibercinayətin üstünü açdı
Təhlükəsizlik xidməti sosial mənzillərin “5 saniyəyə satış” düyününü çözdü
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Onlayn satış problemsiz yekunlaşdı
Əgər iddiaçının texnoloji bacarıqları yetərli deyilsə, ...
-
442 mənzil yenidən satışa çıxarılacaq
MİDA-nın sosial evlər satışının nəticələri ləğv edilib
-
SİMA nə vaxt populyar olacaq?
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
-
MİDA-da rekord göstərici
“Güzəştli mənzillər” 5 saniyəyə necə satıldı?
-
Birdəfəlik deyin ki, …
Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə satılır – təhlil
-
Müəllimlərə mənzil veriləcək
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
-
Sosial evlərin sakinlərə təqdim olunacağı vaxt açıqlandı
12 binanın və 960 şagird yerlik məktəbin tikinti-quraşdırma işləri artıq başa çatıb
-
İlham Əliyev doğum günündə təməl qoydu
Prezident və birinci vitse-prezident MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak ediblər
-
Yasamal Yaşayış Kompleksinə nəqliyyat vasitələri daxil ola bilməyəcək
Texniki və operativ nəqliyyat vasitələri xaric
-
Hövsanda sosial evlərin tikintisinə hazırlıq başlandı
Yasamalda isə tikinti işləri gedir
-
İlham Əliyev ilk binanın təməlini qoydu
Azərbaycanda sosial mənzillərin tikintisinə start verildi
-
Güzəştli mənzillərin qiymətləri bilinir
Ev sahibi olmaq istəyənlər gələn ildən müraciət edə biləcəklər
-
Bakıda sosial evlərin tikintisinə başlanılır
İlk bina Yasamalda tikiləcək
-
34,2 faizlik eniş
İnşaat bölməsində tənəzzül getdikcə dərinləşir
-
Yeni dövlət qurumu - MİDA
İlham Əliyevin yeni fərmanı ilə inşaatı agentliyi yaradıldı
-
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) martın 30-da güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirmişdi. Həm gün baş tutan onlayn satışın yekunu sosial mediada narazılıqlarla yadda qalmışdı. Belə ki, əvvəlkilərdən fərqli olaraq satışın hətta 5 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilirdi. Bəzi iddialara görə, evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq, evləri istənilən adam üçün əldə edən “mənzil hakerləri” qrupu fəaliyyət göstərirmiş. Bu cinayətlə bağlı araşdırma aparan Dövlət Təhlükəsizlik Xidməti (DTX) cinayətkarların izinə düşərək onları ifşa edib. DTX bununla bağlı rəsmi açıqlama edib.
“Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurub.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə araşdırmalar davam edir.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılıb mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.