
Onlayn satış problemsiz yekunlaşdı
Əgər iddiaçının texnoloji bacarıqları yetərli deyilsə, ...
Əgər iddiaçının texnoloji bacarıqları yetərli deyilsə, ...
MİDA-nın sosial evlər satışının nəticələri ləğv edilib
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Təhlükəsizlik xidməti sosial mənzillərin “5 saniyəyə satış” düyününü çözdü
“Güzəştli mənzillər” 5 saniyəyə necə satıldı?
Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə satılır – təhlil
Təhsil işçilərinə üçün binanın tikintisinə start verildi
12 binanın və 960 şagird yerlik məktəbin tikinti-quraşdırma işləri artıq başa çatıb
Prezident və birinci vitse-prezident MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak ediblər
Yasamalda isə tikinti işləri gedir
Azərbaycanda sosial mənzillərin tikintisinə start verildi
Ev sahibi olmaq istəyənlər gələn ildən müraciət edə biləcəklər
İlk bina Yasamalda tikiləcək
İnşaat bölməsində tənəzzül getdikcə dərinləşir
İlham Əliyevin yeni fərmanı ilə inşaatı agentliyi yaradıldı
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisi 11,6 hektardır və burada 29 çoxmənzilli binanın inşası nəzərdə tutulur.
APA TV-nin məlumatına görə, MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova bildirib ki, binaların inşası başa çatdıqdan sonra 1843 ailə mənzillə təmin olunacaq: «Ötən dövr ərzində 7 mindən çox insanın güzəştli mənzil sistemində şəxsi elektron kabineti yaradılıb. Bu o deməkdir ki, həmin şəxslərin güzəştli mənzil əldə etmək hüququ təsdiq olunub. Vətəndaşlar ilk mənzillərin satışa çıxarılması ilə bağlı elan verildikdən sonra müəyyən edilmiş tarixdə şəxsi kabinetə daxil olaraq mənzilləri elektron qaydada seçə biləcəklər».
Yasamal Yaşayış Kompleksində 584 mənzilin mülkiyyət hüququnun öncədən qeydiyyatı təmin olunub. Bu, mənzil sahiblərinə güzəştli ipoteka kreditlərindən yararlanmaq imkanı verəcək.
Mənzil İnşaatı Dövlət Agentliyi ilə Bakı Nəqliyyat Agentliyinin birgə layihəsinə əsasən, Yasamal Yaşayış Kompleksi ərazisində Avropa standartlarına, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək mümkün olacaq. Yollarda velosiped üçün ayrıca yol, piyada hərəkət sahəsi ilə bina arasında xüsusi ara məsafə, texniki zolaq, yaşıllıq zolağı və qarışıq təyinatlı zolaqlar nəzərdə tutulub.
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Metronun «Elmlər Akademiyası» və «Gənclik» stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin «Sədərək» ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq: «Mövcud marşrut xətləridir. Sadəcə, iki marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilərək həmin şəhərciyə salınacaq. Digər iki marşrutun isə aralıq dayanacağı istiqamətləndiriləcək. Kompleks istifadəyə veriləndən sonra yol infrastrukturunda texniki dəyişikliklər ediləcək. Daha sonra iritutumlu avtobuslar veriləcək. Həmin ərazidə xidmət edən avtobusların yenilənməsi məsələsinə baxılacaq».
Binaların həyətinə nəqliyyat vasitələrinin girişi qadağan olunacaq. Yalnız texniki və operativ nəqliyyat vasitələrinin girişinə icazə veriləcək.