

Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
«Gəncləri ortaya atıb, sonra qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir». Bu sözləri «Trend»ə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, AXCP-Müsavat cütlüyünün ünsürləri yığışaraq Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri haqqında, ölkəmiz, dövlətimiz, prezidentimiz haqqında etikadan kənar fikirlər səsləndiriblər: «Bütün bu məsələlərin haradan qaynaqlandığı aydındır. Prezidentimizin atdığı addımlar, Cocuq Mərcanlıda bərpa işlərinin aparılması ilə bağlı sərəncam, o cümlədən orduda görüş, regional iqtisadi forumun keçirilməsi erməniləri çox narahat edir və onlar da buradakı əlaltılarını işə salıblar ki, ara qarışdırmağa başlasınlar, bu və ya digər şəkildə qanunu pozsunlar, gəncləri qızışdırıb ortaya salsınlar, qeyri-qanuni hərəkətlərə yol versinlər, nəticə etibarilə qanuna, intizama dəvət olunsunlar və onlar da bununla bağlı bəyanatlar yaysınlar, Azərbaycanı hər hansı bir siyahıya salsınlar. Fikir verin, eyni zamanda həm bunlar, həm də «Freedom House» hesabat yayıb. Bir-biri ilə üst-üstə düşür. Yəni bütün bunlar Azərbaycanı istəməyən qüvvələr tərəfindən atılan addımlardır».
S.Novruzov İsa Qəmbərin narkotik istifadəçisi olan iki gənci qəhrəman zirvəsinə yüksəltdiyini bildirib: «İndi sual olunur ki, nə vaxtdan qeyri-etik hərəkətlərə yol verən, narkotik qəbul edən, narkotik alıb-satan insanlar qəhrəman olub?! Qəhrəman onlar deyil, qəhrəman Lələ Təpə uğrunda döyüşdə həlak olanlardır, qəhrəman Azərbaycanın sərhədlərində vuruşanlardır. Narkotik qəbul edib qanunu pozanlarla fəxr edən insana nə ad qoymaq olar?! Özü də İsa Qəmbər «Düşüncə» araşdırmalar mərkəzinin rəhbəridir. Araşdırdığın budursa, deməli, düşüncəsiz mərkəzin rəhbərisən. Hamının xatirindədir. Ay yarım prezident səlahiyyətlərini icra etdiyin müddətdə 7 nəfər insanı güllələtdirdin. Sən müsavatçı yox, bolşeviksən. Müsavatçı elə hərəkət etmir, bolşevik elə hərəkət edir. İsa Qəmbər deyirdi ki, Gəncə bombardman olunmalıdır. İndi get Gəncəyə bax, istənilən Avropa şəhəri ilə rəqabətə girə bilər. Ümummilli lider sizin canınızı Sürət Hüseynovdan qurtardı. Yoxsa S.Hüseynov Azadlıq meydanında hər birinizi dar ağacından asacaqdı».
Millət vəkili vurğulayıb ki, gəncləri ortaya atıb, sonra qaçıb gizlənmək İsa Qəmbərin köhnə peşəsidir:
«Dəfələrlə mitinqlərdə bunun şahidi olmuşam. Xüsusilə də 20 yanvarda Azərbaycan xalqı işğalçılara qarşı mübarizə aparanda İsa Qəmbər qaçıb Yusif Səmədoğlunun evində gizlənmişdi. Bu cür adamın ümummilli Heydər Əliyev haqqında, Prezident haqqında danışmağa mənəvi haqqı çatır?! Müsavat Partiyasını darmadağın etmisən, intriqa yuvasına çevirmisən. İndi belə partiya yoxdur, dərnəkdir artıq. Çünki bu Müsavat, o Müsavat deyil. Demokratik Cümhuriyyət dövründə olan Müsavat tamam başqa Müsavat idi. Sadəcə olaraq, ad mənimsəməklə məsələ həll olunmur, mahiyyət başqa olmalıdır. O Müsavatın yaradıcıları Avropada təhsil almış, görkəmli şəxsiyyətlər idi, 20 ilə bir dissertasiyanı müdafiə edə bilməyən İsa Qəmbər yox. Ona görə də belə adamları Azərbaycan xalqı həmişə boykot edib, tarixin arxivinə tullayıb. Artıq İsa Qəmbər sıxılmış bir limondur. İstəyir üzə çıxsın, heç nə alınmır. Xaricdəki havadarları İsa Qəmbəri nə üfləsələr də, şişə bilmir».