vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
00:40 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalıqlar varsa, kimliyi üzə çıxacaq

İnsan itkiləri ilə bağlı işlər uzun illər davam edəcək...

Səxavət MƏMMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ müharibəsinin aktiv fazasının yekunlaşması, işğal altındakı torpaqların 70 faizdən çoxunun azad olunması ilə Birinci Qarabağ Müharibəsi, onun nəticələri, itkin düşmüşlər və əsir götürülənlərin taleyi gündəmə gəlir.

Müharibə davam edən zaman bir neçə şayiələr yayılmışdı. Bunlardan biri guya zəncirə bağlanmış halda bir nəfərin aşkar olunması və sonradan onun zamanında əsir düşmüş şəxs olması ilə bağlı idi. Bu, təbii ki, yalan olması ilə yanaşı, həm də, məntiqə sığmayan bir informasiya idi.

Müharibədən əvvəl çoxlu sayda araşdırmalar, iddialar ortaya atılırdı ki, ermənilər azərbaycanlı əsirləri işlədirlər.

Məsələ ondadır ki, bu tip informasiyaların, demək olar, heç birini təsdiqlədəcək şahid, foto və videofakt yox idi. Bəli, ermənilər azərbaycanlı əsirləri işlədib. Müharibədən sonrakı məqamda əsirləri evlərin sökülməsində, tikilməsində, qəbiristanlıqlarda işlədiblər. Bunlar hamısı şahidlərin ifadələri ilə öz təsdiqini tapıb. Ancaq bu nəinki Azərbaycana, beynəlxalq qurumlara belə məlum idi.

Məsələni araşdırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə danışdıq. İlahə Hüseynova bildirdi ki, Beynəlxalq Qırmızı Xaş Komitəsi (BQXK)  silahlı münaqişə nəticəsində saxlanılanlara baş çəkir: “Hal hazırda bu kontekstdə BQXK münaqişə nəticəsində saxlanılan Azərbaycan vətəndaşına baş çəkmir”.

Bu açıqlamadan anlaşılan odur ki, əslində, nə komitədə 90-cı illərdə saxlanılan şəxslərdən kiminsə qalması barədə informasiya var, nə də Azərbaycan dövlətində.

Müharibə bitdikdən sonra bəzi bölgələrdə insan qalıqları üzə çıxdı. Bunlardan biri Xocavənd rayonu ərazisində Edilli kəndindəki məzarlıqdır. Bundan əlavə, digər istiqamətlərdə əsgərlər səngər qazarkən tam təsadüfi insan qalıqları üzə çıxıb.

Bəzi insanlar elə düşünür ki, əsas məsələ insan qalığıdır. Qalıqlar varsa, kimliyi dərhal üzə çıxacaq. Məsələ ondadır ki, bu çox çətin və bəzən nəticə verməyəcək bir prosesdir. Bir neçə foto və videodan görünür ki, insan qalıqları çıxdığı kimi yox, başların bir yerə, onurğaların bir yerə, paltarların bir yerə yığılması ilə qablaşdırılır. Əslində, peşəkarların ekshumasiya etməməsi nəticəsində cəsəd haqqında informasiya, demək olar, məhv olur. Misal üçün, uşaqların oynadığı konstruktorlar var. Oyun üçün bir konstruktoru bir araya yığmaq vaxt alır. Bir də düşünün, uzun illərdir torpaq altında qalmış cəsəd və onun skeleti. Mütəxəssislər ekshumasiyanı həyata keçirsə, skeleti olduğu kimi çıxaracaqlar və bir xeyli informasiyanı qorumuş olacaqlar. Məsələn, şəxsin boynu, qolunda, ayağında qırıq olubsa, onu, qalıbsa geyimini. Təsəvvür edin, bir neçə şəxsə məxsus qalıqlar bir torbada baş, bir torbada ayaq sümükləri, bir torbada isə qol sümükləri mütəxəssisə təhvil verilsə, hər bir insan skeletinin olduğu kimi yaradılması nə qədər vaxt almış olacaq…

İtkin düşmüş şəxslərin hələ də əsirlikdə olduqlarını deyənlər, bu yöndə iddialar səsləndirənlər var. Bunun reallıq dərəcəsi nə qədər ola bilər? Ermənistan o şəxsləri harada saxlaya bilər? Ən əsası, niyə saxlamalıdır? Deyirlər, onları işlədirlər. O şəxslərin böyük hissəsi itkin düşən vaxt gənc olublar. Gənc insanı işlətmək olar. Müharibədən artıq 30 ilə yaxın müddət keçib. Müharibə vaxtı yaşı 20 olan gəncin artıq 50 yaşı olmalıdır. 50 yaşlı əsir qoca hansı işi görmək qabiliyyətində ola bilər? Ermənistan özünə qarşı işlənə biləcək belə kartı əlində niyə saxlamalıdır? Düşünməkdə fayda var. Ermənistanın ərazisi nə qədər böyükdür ki, bir neçə min nəfəri gizlədə bilsin? Hesab edək ki, lap gizlədir. Azərbaycan xüsusi xidmət orqanları heçmi məlumat ala bilmir? Azərbaycanın iki peyki mövcuddur. Heçmi bir kadr tuta bilinmədi? Bu baxımdan, hansısa iddianı səsləndirmədən öncə reallıqları da nəzərə almaq lazımdır. Bir də ailələri düşünün. Hər bir yanlış iddia ailələrə ümid verir, onların yarasının qaysağını qoparmış olur. İllərlə ümid və ümidsizlik arasında yaşayan ailələrə daha bir zərbə vurmağa ehtiyac yoxdur.

Düşünürəm ki, itkin düşən şəxslərin bir çoxu elə məhz müharibə vaxtı həyatlarını itiriblər. Birinci müharibəni araşdıran zaman bir neçə halla rastlaşmışam. Misal üçün, ailə var ki, oğlunu itkin düşmüş bilir. Onu sonuncu görən şəxs ailəsinə oğlunun necə öldüyünü deyə bilmir, onlara sonuncu dəfə yaralı gördüyünü deyir. Ancaq reallıqda deyir ki, mərmi düşdü, uşaqların tikəsi belə ələ gəlmədi…

Müharibənin aktiv fazası bitsə də, nəticələr, xüsusilə insan itkiləri ilə bağlı uzun illər iş aparılmalı olacaq...